Icma.az
close
up
RU
Zəfər Gününün beşinci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olundu Fotolar

Zəfər Gününün beşinci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olundu Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ağstafalılar 8 Noyabr – Zəfər Gününün beşinci ildönümündə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərin əziz xatirəsini böyük hörmət və dərin ehtiramla yad ediblər. Sonra Ağstafa şəhərində Zəfər yürüşü keçirilib, Şəhidlər Memorial Abidə Kompleksində qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla anılıb.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Zəfər sədaları - Qəhrəmanlar unudulmur!” mövzusunda ümumrayon tədbiri keçirilib. Əvvəlcə Mərkəzin foyesində istedadlı yeniyetmə və gənclərin Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət sərgilərə nəzər salınıb. Ümumrayon tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ümumrayon tədbirini giriş nitqi ilə açan RİH başçısı Seymur Orucov xalqımızın böyük coşqu və sevinclə qeyd etdiyi tarixi Zəfərin beşinci ildönümü münasibəti ilə hər kəsi təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi xəttini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, zabit və əsgərlərimizin böyük şücaəti, xalqımızın möhtəşəm həmrəyliyi sayəsində Vətən müharibəsi məntiqi sonluqla, şanlı Zəfərlə başa çatdı: “Dövlət başçımızın ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən, xalq və dövlət qarşısındakı misilsiz xidmətləri, xeyirxahlıq missiyası gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir”.

Digər qonaqlar Yap Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov, şəhid atası İlqar Quliyev, Vətən müharibəsi qazisi Fərid Əsgərov, ağstafalı gənc Aysu Quliyeva, rayon ziyalısı Məmməd Məmmədov mövzuya dair geniş məruzələrlə çıxış ediblər. 

Sonra Zəfər Gününün beşinci ildönümü münasibəti ilə ağstafalı yeniyetmə və gənclər arasında keçirilən Zəfər veloyürüşünün və təhsil işçiləri arasında keçirilən şahmat yarışının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.

Ümumrayon tədbirinin bədii hissəsində mədəniyyət nümayəndələrinin, eləcə də məktəblilərin təqdimatında nümayiş etdirilən geniş konsert proqramı böyük coşqu ilə qarşılanıb.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri