Icma.az
close
up
RU
Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Icma.az, 525.az saytına istinadən bildirir.

Qazaxın təhsil ocaqlarından birində, böyük yazıçı və alimimiz Mehdi Hüseynin adını daşıyan Humanitar və Təbiət fənlər Təmayüllü Məktəb-Liseydə müasir tariximizin ən şərəfli anı olan 8 Noyabr ilə bağlı təsirli və qürurlu bir görüş baş tutub.

525.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi döyüşlərində minlərlə igid övladlarımız kimi, bu təhsil ocağının müxtəlif illərdəki beş məzunu - baş leytenant Xaliddin Nəsibov, tibb xidməti leytenantı Adil Əfəndiyev, gizirlər Sərxan Abdullayev, Tahir İsmayılov və Elvin Əhmədov torpaqlarımızın bütövlüyünün bərpası uğrunda canlarından keçərək, şəhidlik məqamına yüksəliblər.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu liseydə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş toplantı,  kitab və rəsm sərgisini əhatə edən tədbir olub. Həmçinin Vətən müharibəsi şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə ithaf olunmuş “O, bizim Adildi” kitabının təqdimat mərasimi olub.

Tədbirdə rayon rəhbəri Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin təmsilçiləri, şəhid ailələrinin üzvləri, qazilər, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələriiştirak ediblər.

Əvvəlcə görüş  iştirakçıları məktəbin həyətində şəhid məzunların xatirəsinə tikilən bulağın önünə güllər düzərək, Vətən uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsini ehtiramla anıblar.

Sonra məktəb binasının foyesində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş rəsm və kitab sərgisinə baxış keçirilib.

Məktəbin akt salonunda davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazaxlı şəhidlərə həsr edilmiş videoçarx nümayiş etdirilib və xatırladılıb ki, Qazaxda şəhidlərimiz haqqında “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları”, eləcə də bu gün təqdim edilən “O, bizim Adildi” adlı kitablar nəşr olunub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, 8 Noyabr - Zəfər Günü münasibətilə bu günü xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin ata və analarını, əzizlərini, yaxınlarını, qazilərimizi, tədbir iştirakçılarını təbrik edib. O, doğma Qarabağımızın, tarixi Vətən torpaqlarımızın 44 gün ərzində azad edilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, millətimizin həmrəyliyi və ordumuzun rəşadəti sayəsində mümkün olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, 44 günlük Vətən Müharibəsi Qərhəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, şəhid Adil Əfəndiyevin tələbə yoldaşı, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, tibb xidməti kapitanı Cəmaləddin Mikayıllı, şəhid Xəyal Əlizadənin anası Xatirə Xəyal, şəhid Sərxan Abdullayevin atası Elxan Abdullayev, həmçinin bu gün haqqında kitab təqdim edilən şəhid Adil Əfəndiyevin anası Afət Əhmədova, atası Qədir Əfəndiyev,  bacısı Nərmin Əfəndiyeva, müəllimlərindən Arzu Abbasova, dostları, sinif yoldaşları və onunla çalışmış həkim həmkarları çıxış ediblər.

Şəhid Adil Əfəndiyevin xatirəsinə yazılmış kitabın müəllifi Xuraman Yusif çıxış edərək ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını ifadə edib, qəhrəmanlarımıza həsr olunmuş kitabların yüksək səviyyədə təqdim olunmasınıda həmin qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Şəhidin həyat və döyüş salnaməsinin qələmə alan müəllifə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.

25 yaşında şəhid olmuş Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirib. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmət keçib.

“N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilib.

Tədbirdə şairə Asimə Hüseyn və Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu qəhrəman şəhidlərimizəithaf etdikləri şeirləri, aşıq Samir Cəlaloğlu saz havlarını səsləndiriblər.

Zakir Muradov,

Qazax - Gəncə

Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Zəfər Gününün yaxınlaşması yolunda beş şəhid vermiş liseydə yaddaqalan tədbir

Şəkil sayı: 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see127

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see123

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri