Icma.az
close
up
RU
“Zəfər Müjdəsi” Zəfər Günü münasibətilə yeni musiqi əsəri təqdim olundu

“Zəfər Müjdəsi” Zəfər Günü münasibətilə yeni musiqi əsəri təqdim olundu

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəfər Günü münasibətilə Azərbaycan musiqi aləminə xüsusi mənəvi dəyərə malik yeni əsər – “Zəfər Müjdəsi” təqdim edilib.

Turkustan.az xəbər verir ki, Əsərin sözləri Cəfər Muxtarzadəyə, musiqisi isə bəstəkar və jurnalist Ayna Kərimovaya məxsusdur.

Beynəlxalq təhsilli, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fərqlənən və məsul vəzifədə çalışan Cəfər Muxtarzadə ilk olaraq hisslərini bölüşüb:

Zəfər Günü münasibətilə sözləri mənə, musiqisi isə istedadlı bəstəkar Ayna Kərimovaya məxsus olan ‘Zəfər Müjdəsi’ adlı musiqi əsərini ictimaiyyətə təqdim etməkdən böyük qürur duyuram.

Bu əsər Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, vətənpərvərlik ruhunu və Zəfərimizin əzəmətini ifadə edir. Bir Kəlbəcərli olaraq mənim üçün bu mahnı yalnız musiqi nümunəsi deyil, xalq yaddaşının poetik təcəssümüdür. Əsər şəhidlərimizin müqəddəs xatirəsinə ithaf olunub. Onların ruhu xalqımızın yaddaşında, torpağında və səmasında əbədi yaşayır.

Ayna xanım, bir Qarabağlı kimi, bu əsəri bütün qəlbi ilə ifa etmiş və musiqiyə səmimiyyət və mənəvi dərinlik bəxş etmişdir. Bu mahnı onun səsində təkcə melodiyaya çevrilmir, həm də minnətdarlıq kimi səslənir.

Şəhidlər ölməz, Vətən bölünməz!

Bəstəkar Ayna Kərimova isə musiqini belə dəyərləndirib:

“Musiqi mənim üçün sadəcə sənət növü deyil – o, daxilimdəki dünyanı insanlarla bölüşmək vasitəsidir. Öz musiqini paylaşmaq sanki ürəyindən bir parça götürüb insanlara vermək kimidir. Bu, həm həyəcanlı, həm də dərin mənalı bir hissdir, çünki sən onu insanlar üçün, xalq üçün yaradırsan.

‘Zəfər Müjdəsi’ yaddaşımıza söykənən, ağrıdan doğulub işıqlı gələcəyə uzanan bir mahnıdır. Bu musiqi sükutun içindəki sakit sevincdən, Zəfərin ruhundan bəhs edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnanıram ki, onlar bu gün göydən Qarabağa baxır, xalqımızla birlikdə sevinirlər.

Cəfər Muxtarzadə imzası ilə yazılmış şeiri oxudum və qəlbimə toxundu. Həmin an içimdə musiqi yaranmağa başladı. Kövrəlmişdim, amma yazdım. Əminəm ki, bu mahnı dinləyən hər kəsin qəlbinə toxunacaq.

Bu gün mənim üçün çox xüsusi bir gündür – Zəfər Günü. Bu, yalnız qələbənin deyil, həm də qayıdışın, xatirələrin və ümidin günüdür. Mənim köklərim Cəbrayıldandır. Mərhum nənəm Məlahət Alkərəmova da bəstəkar idi və ömrünü Qarabağa həsr etmişdi. Təəssüf ki, doğma evinə dönə bilmədi.

Mən elə bir ailədə böyümüşəm ki, doğma torpağından ayrı düşməyin ağrısını uşaqlıqdan hiss etmişəm. Ona görə də bu gün, bu mahnı, bu Zəfər mənim üçün sadəcə bir tarix deyil, ruhumun bir parçasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri