Icma.az
close
up
RU
Zəfər Parkı dövlət protokolunda Xarici qonaqlar buranı ZİYARƏT EDƏCƏK

Zəfər Parkı dövlət protokolunda Xarici qonaqlar buranı ZİYARƏT EDƏCƏK

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda səfərdə olan Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bu gün Zəfər Parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazirin Zəfər Parkını ziyarət etməsi və burada fəxri qarovul dəstəsinin düzülməsi maraqla qarşılanıb. 

Qeyd edək ki, xarici dövlət başçılarının və yüksək rütbəli rəsmilərin Bakıya rəsmi səfərləri zamanı xüsusi protokol qaydalarına uyğun olaraq bir sıra tarixi və strateji əhəmiyyətli məkanlar ziyarət edilir. Azərbaycan protokol praktikasına əsasən, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, rəsmi iqamətgahlar və Heydər Əliyev Mərkəzi kimi məkanlar xarici liderlərin səfər proqramına daxil edilir.

Şahbaz Şərifin Zəfər Parkını ziyarət etməsi buranın da artıq bu siyahıya əlavə olunduğunu göstərir.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib ki, Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində Zəfər Parkını ziyarət etməsi və ziyarət mərasimin fəxri qaravolla müşayiət olunması ölkələrimiz arası münasibətlərin yüksək səviyyəsini göstərir".

A.Badamov qeyd edib ki, digər xarici dövlət başçılarının ölkəmizə rəsmi səfərləri çərçivəsində Zəfər Parkına ziyarətini protokola salmaq olar:

"Çünki, bizim zəfərimizi həzm  etmək istəməyən ölkələrin dövlət başçılarının ölkəmizə rəsmi səfərinin də mənası yoxdur".

Qeyd edək ki, Zəfər Park 8 noyabr 2024-cü ildə açılıb. Açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər.

Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.

Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri