Icma.az
close
up
RU
Zəfər qüruru, güc nümayişi, dost sevinci

Zəfər qüruru, güc nümayişi, dost sevinci

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Bu müharibədə Azərbaycan təkcə işğalçı Ermənistanı məğlub etmədi, həm də ikili standartlar ortaya qoymaqla bu ölkənin müdafiəsinə qalxan xarici güclər və dünya erməniliyi üzərində qələbə çaldı. Qələbəni heç kim bizə hədiyyə etməyib, onu Müzəffər Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız misilsiz şücaətləri ilə qazanıblar. Buna görə də tariximizdə əbədi qalacaq Qələbənin sevincini yaşamağa xalqımızın mənəvi haqqı var.

Azərbaycan şanlı Zəfərimizin 5 illiyini noyabrın 8-də Azadlıq meydanında keçirilən əzəmətli hərbi paradla təntənəli şəkildə qeyd etdi. Paradda müxtəlif qoşun növlərinin, o cümlədən də xüsusi təyinatlıların keçidi baş tutdu, ordumuzun silahlanmasına cəlb olunan müasir silhlar nümayiş etdirildi, şahinlərimiz əsrarəngiz çıxışlar etdilər. Parada həmçiinin qardaş ölkələrin – Türkiyənin və Pakistanın hərbiçiləri qatıldılar. Tədbirdəki çıxışında Prezident İlham Əliyev Qələbəmizin tarixinə ekskurs etməklə bir sıra mesajlarını da diqqətə çatdırdı.

Parad bir tərəfdən xalqımızın Qələbə sevincinin ifadəsi idi. Digər tərəfdən də, dünya Azərbaycanın gücünün bir daha şahidi oldu. Bir çoxları düşünürdülər ki, Azərbaycan Vətən müharibəsindəki Qələbə ilə kifayətlənəcək, daha Ordusunun gücləndirlməsi qayğısına qalmayacaq. Belə olmadı , müharibə başa çatandan sonra da Azərbaycan dayanmadı və ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ordu quruculuğunun yeni mərhələsi başladı. Parad bir daha göstərdi ki, bu gün Azərbaycan Odusu 2020-ci ildəkindən daha güclü və qüdrətlidir. 

Azadlıq meydanında keçirilən hərbi parad daha bir reallığı ortaya qoydu. Bu reallıq da güclü orduya və güclü Liderə malik Azərbaycanın dünyada qazandığı böyük nüfuzdur. Paradda Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə, bir sıra digər ölkələrdən gələn  yüksəksəviyyəli qonaqları da iştirak etdilər. Bu sırada Slovakiya Baş nazirinin müavini - müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin  müavini, Serbiyanın Baş qərargah rəisi, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın  müdafiə naziri, Özbəkistanın müdafiə  nazirinin  müavini və başqaları yer alırdılar. Bu o deməkdir ki, dost ölkələr Azərbaycanın ədalətli müharibədə qazandığı Qələbəyə sevinirlər və dünya ölkəmizin sülh gündəliyini qəbul edir.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Noyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri