Icma.az
close
up
RU
“Zəfər Rəqsi” bədii filminin builki beynəlxalq zəfərləri

“Zəfər Rəqsi” bədii filminin builki beynəlxalq zəfərləri

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanın Qarabağ Zəfərinin beş illiyinə həsr edilən “Zəfər Rəqsi” qısametrajlı bədii filmi bu həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Beliye Noçi” (Bəyaz Gecələr) 10-cu Beynəlxalq Film Festivalının yubiley proqramına salınıb.

“Qafqazinfo” xəbər verir ki, festivalda 17 ölkənin 90 filmi iştirak edir.

Sankt-Peterburqun Nevski meydanında yerləşən “Kinoloft Moskva” zalında baş tutacaq nümayişlərə giriş sərbəstdir. Azərbaycan filminin nümayişi 24 aprel saat 18:00-dədir.

“Beliye Noçi” Beynəlxalq Film Festivalına seçilməsi “Zəfər Rəqsi” filminin ilin əvvəlindən qazandığı dördüncü uğurudur. Müharibədə ayaqlarını itirən Qarabağ qazisi Cəlalın ailə həyatını təsvir edən film 2026-cı ildə Hindistanın Kəlküttə şəhərində keçirilən “Golden Lion” Beynəlxalq Film festivalında “Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında qalib, Kanadanın Toronto şəhərində keçirilən “Toronto International Short Film Awards” festivalında isə “Ən yaxşı aktyor” nominasiyasında filmin qəhrəmanını canlandıran Azər Aydəmir qalib elan olunub. İsveçdə keçirilən “Lulea International Film Festival”-ında Azərbaycan filmi finala vəsiqə qazanıb. “Zəfər Rəqsi” filmi bu il həmçinin Almaniyanın paytaxtı Berlində nüfuzlu 76-cı Berlinale Film Festivalı günləri zamanı təşkil edilən “Azərbaycan Kino Günləri”nin açılış mərasimində təqdim edilib.

ASAN TV-nin “Ədibin Evi” ilə birgə ərsəyə gətirdiyi “Zəfər Rəqsi” (The Dance of Triumph) qısametrajlı bədii film Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. “Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə çəkilən filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar. Filmin bəzi səhnələrində hasilat şirkətində çalışan qazilər də çəkiliblər.

Qeyd edək ki, Azərbaycan neft hasilatının beşiyi hesab edilən Balaxanı həm də Azərbaycan milli kinosunun başlanğıc yeridir. Kino tariximiz rejissor Aleksandr Mişonun 1898-ci ilin avqustunda çəkdiyi “Balaxanıda neft fontanı” adlı qısametrajlı sənədli filmlə başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Aprel 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri