Icma.az
close
up
RU
Zəfər tağı həqiqətən də əsl Zəfər simvoludur ŞƏRH

Zəfər tağı həqiqətən də əsl Zəfər simvoludur ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəfər parkının açılışında iştirak edən və orada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmağımızdan ötən 4 il ərzində keçdiyimiz yola və qalib ölkə statusunun bizə gətirdiyi siyasi, mənəvi-psixoloji üstünlüklərə nəzər salmaq, ümumiləşdirmələr aparmaq baxımından olduqca əhəmiyyətlidir. Prezidentin xalqa müraciəti Qələbə ovqatımızı əks etdirən müraciətdir. Bəli, qalib Liderin çıxışı elə bu cür mübariz, inamlı və əzmkar ruhda olmalıydı. 

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da "Sherg.az" a açıqlamasında deyib ki, açılışı olan Zəfər tağı da qalibiyyət ruhumuzun təntənəsidir, xalqımızın qəhrəmanlığının simvoludur, şəhidlərimizin xatirəsinə sayğının təzahürüdür: 


"Bu möhtəşəm kompleks eyni zamanda xalqımızın həmrəylik, bütövlük, güc və qələbə ideallarını təcəssüm etdirir. Bu cür yüksək ideallara, dəyərlərə söykənən xalqın və onun liderinin yolu bir gün məhz Zəfər Tağından keçməliydi. Ucalığı, əzəməti, daşıdığı anlamı ilə seçilən Zəfər tağı həqiqətən də əsl Zəfər simvoludur. 

Zəfər parkının və onun giriş qapısının – Zəfər tağının görünüşü, ümumi ab-havası Vətən müharibəsindəki tarixi Qələbəmizin ruhunu, mahiyyətini çox gözəl əks etdirir. Bu möhtəşəm kompleks Dövlətimizin gücünün, Ordumuzun qəhrəmanlığının rəmzi kimi bura ziyarətə gələn hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Mən də ötən gün Zəfər parkını ziyarət etdim və ən yeni tariximizi Zəfər ladında yazan bir ölkənin vətəndaşı olmağımla gerçəkdən qürur duydum. Zəfər tağı 200 ildə Azərbaycanın apardığı azadlıq mübarizəsinin rəmzidir, qalibiyyət və tərəqqi dövrünə açılan qapısıdır. 

Azərbaycan Prezidentinin Zəfər parkı, Zəfər tağı ilə bağlı sözləri qürurvericidir. Prezident bildirdiyi kimi şəhərimizin ən gözəl yerlərindən birində açılan  Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq.  Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq". 


Politoloqun sözlərinə görə, Zəfər günü hamımız üçün müqəddəs, dəyərli gündür. Biz 200 ildi ki davamlı torpaq itkiləri ilə üzləşir və 30 il idi ki Qarabağ nisgili ilə yaşayırdıq:

 "Lakin Ali Baş Komandanımızın sərkərdəlik əzmi və Ordumuzun rəşadəti sayəsində bu “tilsim” qırıldı, xalqımızın başına gətirilən müsibət və faciələrə, soyqırımlarına son qoyuldu. 2020-ci il noyabrın 8-də Şuşanı erməni vandallarından təmizləməklə biz öz torpaqlarımızı düşmən işğalından azad etdik və itkilər, məğlubiyyətlər dövrünün qələbələr, uğurlar mərhələsi ilə əvəzlənməsinin başlanğıcını qoyduq. Bu, tarixin yeni başdan yazılması deməkdir. Beləliklə, 200 illik işğallar, deportasiyalar, soyqırımlar səhifəsi qapandı. Biz bir xalq kimi öz taleyimizi dəyişməyi bacardıq. Dövlətimizin başçısının ifadəsi ilə desək, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistana havadarlıq edən güclər bizi işğal taleyi ilə barışdırmaq istəyirdilər, Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Həmsədrlər bununla onu demək istəyirdilər ki, biz bu işğalla barışaq: “Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Və barışmadıq da". 


Politoloq xatırladıb ki, İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə, andiçmə mərasimində çıxışı zamanı bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq: 

" Sonrakı proseslər də bunu göstərdi ki, Azərbaycan həqiqətən də öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Cənab Prezidentin 17 illik rəhbərliyi ərzində Azərbaycan qüdrətli dövlətə çevrilməyi, güclü ordu qurmağı bacardı. Azərbaycanın mükəmməl ordu quruculuğu siyasəti və uğurlu diplomatiyası tarixi ədaləti və beynəlxalq hüququ öz gücümüzə təmin etməyə imkan yaradıb". 


Ə.Hüseynovun sözlərinə görə, 2019-cu ildə öz havadarlarına güvənərək böyük bir lovğalıqla “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın avantürist baş naziri Nikol Paşinyanı 44 günlük müharibədən sonra “Qarabağ Azərbaycandır” deməyə məcbur etmək heç də asan deyildi: 

"Lakin biz bunu da bacardıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.

Dövlətimizin başçısı Zəfər parkındakı çıxışında onu da bəyan etdi ki, hazırda bəzi Qərb ölkələri Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Bu da məqsədli, planlı bir siyasətdir. Məqsəd Ermənistanın işğalçı ölkə obrazını unutdurmaqdır. 

İlham Əliyevin Zəfər parkındakı çıxışı Ermənistana və onun Qərbdəki havadarlarına növbəti xəbərdarlıqdır. İndi Qarabağ torpağında separatçıların izi-tozunun da qalmadığını nəzərə çatdıran dövlətimizin başçısı İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrinin artıq Ermənistan rəhbərliyinin düzgün addımlar atması üçün kifayət etdiyini bildirdi. Lakin bununla yanaşı, dövlət başçısı onu da vurğuladı ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bunun Ermənistan dövləti üçün tam faciə ola biləcəyini söyləyən Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanı silahlanma siyasətindən əl çəkməyə, buna son qoymağa çağırdı.

Bizim indi quruculuq işləri ilə məşğul olduğumuzu diqqətə çatdıran və bunun bizim üçün əsas məsələ olduğunu vurğulayan Prezident İlham Əliyev həmçinin müharibə istəmədiyimizi də bir daha açıq mətnlə bəyan etdi. Lakin  qarşı tərəf də sülh istəyirmi, dinc quruculuğa üstünlük verirmi? Əfsuslar olsun ki, bu suala müsbət cavab vermək mümkün deyil. Əksinə, Ermənistanın havadarları onu revanşizmə təhrik edirlər. Təbii ki, biz buna göz yuma bilmərik. Cənab Prezident də çıxışında qeyd etdi ki, biz Ermənistanın və onun havadarlarının hərəkətlərinə adekvat reaksiya verməliyik".


Komitə sədri qeyd edib ki, ölkəmizə qarşı çirkin qaralama kampaniyaları aparan bəzi Qərb dövlətlərinin və onların liderlərinin ünvanına haqlı olaraq sərt iradını bildirən Prezident İlham Əliyev bu dövlətlərin təkcə Azərbaycan xalqının deyil, Ermənistanın da əsas düşməni olduğunu bütün ermənilərin diqqətinə çatdırıb: 

"Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Erməni xalqı və hazırkı Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bu sözlərinə, bu çağırışına yaxşı qulaq asacaqmı və düzgün nəticə çıxarıb konstruktiv mövqe tutacaqmı, bunu zaman göstərəcək. Ancaq önəmli məqam budur ki, Azərbaycan Prezidenti ermənilərin və Ermənistanın gerçək düşmənini onlara göstərdi. Ağılları varsa, ermənilər Azərbaycan liderinin bu çağrışını özləri üçün “yol xəritəsi”nə çevirməlidirlər. 

Azərbaycan isə öz yoluyla – Zəfər yolu ilə irəliləməyinə davam edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri