Icma.az
close
up
RU
“Zəfər yolu elmin və biliyin gücü” adlı layihənin uğuru FOTOLAR

“Zəfər yolu elmin və biliyin gücü” adlı layihənin uğuru FOTOLAR

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin oktyabrın 12-dən Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qarant müsabiqəsində qalib olmuş “Zəfər yolu – elmin və biliyin gücü” adlı layihənin icrasını təmin etmək məqsədilə altımərhələli intellektual bilik yarışı keçirilir. Yarışın 5 mərhələsi artıq keçirilmişdir. Layihənin rəhbəri Xırdalan şəhər Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Jalə Qasımovadır.

Layihənin məqsədi məktəblilər arasında güclü təhsil sayəsində yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün təhsilalanlar arasında intellektual müsabiqənin keçirilməsi, məktəblilər arasında ölkəmizin, xüsusilə dilbər guşəmiz olan Qarabağın tarixi, təbiəti, mədəniyyəti haqqında ümumi dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərə hörmət, sevgi, vətənpərvərlik hissələrini aşılayan, həmçinin şagirdlərdə liderlik bacarığının aşkara çıxarılması, məntiqi təfəkkürün artırılması, stresə dözümlülük və özünüinkişaf proqramına qoşulmaları, istedadlı şagirdlərin tanınması və şagirdlər arasında psixososial sağlam münasibətlərin qurulmasıdır.


 

Layihə çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsi və İdarəyə tabe olan məktəblər (Xırdalan şəhər Veysəl Musibov adına 5 nömrəli tam orta məktəblə yanaşı, ona yaxın ərazidə yerləşən 1, 2, 3, 7 və 9 nömrəli Xırdalan şəhər tam orta məktəbləri də daxil olmaqla) iştirak edir.

Dekabrın 7-də yarışın yarımfinal mərhələsi keçirildi: Abşeron rayonunun 1, 5 və 7 nömrəli tam orta məktəblərini təmsil edən komandalar yarımfinala çatdılar. Dekabrın 21-də yarışın final mərhələsi keçiriləcək və həmin komandalar finalda bilikləri ilə qələbə uğrunda mübarizə aparacaqlar.

Onu da qeyd edək ki, finalda bütün komanda üzvlərinə sertifikatlar və hədiyyələr, qalib komandaya isə xüsusi hədiyyələr veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri