Icma.az
close
up
RU
Zəfər yürüşündən asayiş keşikçiliyinə

Zəfər yürüşündən asayiş keşikçiliyinə

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

44 günlük şanlı Zəfər yürüşünün iştirakçıları arasında bu gün işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşı kimi çalışan, qanunçuluğun keşiyində dayanaraq Vətənə xidmətini davam etdirən “səngərsiz əsgər”lər az deyil. Qürurla xatırladığımız müqəddəs savaşın 6-cı ildönümü günlərində belə qəhrəmanlarımızdan daha ikisi ilə görüşüb döyüş yollarına nəzər saldıq, təəssüratlarını öyrəndik...

Azad Xankəndi dinc həyata qayıdıb

Xankəndi Polis Şöbəsinin əməkdaşı Anar Hacıyev 1996-cı ildə Göygöl rayonunda anadan olub, ölkəmizin bu səfalı bölgəsində boya-başa çatıb. 2018-ci ildə Naxçıvanda həqiqi hərbi xidmətini layiqincə bitirərək evlərinə dönən Anarın taleyinə mülki həyatda dinc yaşamaq deyil, torpaqlarımızın azadlığı uğrunda döyüşmək, daha sonra isə həmin torpaqlarda xidmətini davam etdirmək kimi şərəfli missiyanı daşımaq yazılıb. Vətən müharibəsi başlayanda ön cəbhədə haqq savaşımızın iştırakçıları sırasına qoşulmaq arzusu ilə yenidən ordu sıralarına yollanan əsgər Hacıyevin döyüş yolu oktyabrın 4-də Füzuli istiqamətindən başlayıb. Daha sonra Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanımız həmin günləri yada saldı:

– Biz ön cəbhəyə göndəriləndə artıq Füzuli şəhəri də daxil olmaqla xeyli yaşayış məntəqəsi düşmən işğalından azad edilmişdi. Bu, bizdə ruh yüksəkliyi yaratmışdı. Qarış-qarış irəli getdikcə, fikirləşirdim ki, illərdir bütün xalqımız bu torpaqların həsrəti ilə yaşayıb. Hələ uşaq vaxtımdan Göygöldə Xocalıdan, Kəlbəcərdən olan keçmiş məcburi köçkünlərin öz ata-baba yurdları üçün necə göz yaşları tökdüklərinin şahidi olmuşdum. İndi bu həsrət sona çatırdı və Zəfər yolunun yolçusu olmaq, işğalçıları müqəddəs torpaqlarımızdan qovub çıxarmaq qanlı döyüşlərin bütün iştirakçıları kimi, mənim üçün də qürurverici idi! Müharibədən yadımda qalan acı xatirələr şəhidlərimizlə bağlıdır. Ancaq verdiyimiz hər şəhid qisas hissimizi, qələbə əzmimizi daha da artırırdı. Şükürlər olsun ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə biz bu imtahandan alnıaçıq, üzüağ çıxdıq.

Vətən müharibəsindəki xidmətlərinə görə çoxsaylı medallarla təltif olunmuş Anar Hacıyev müharibədən sonra da uğrunda döyüşdüyü torpaqlardan ayrıla bilməyib, Xankəndi şəhərində polis əməkdaşı kimi xidmətini davam etdirir. Yeni ailə qurmuş Anarı Tanrı ruzili-bərəkətli, gözəl Qarabağda Ruzi adlı bir oğul payı ilə də mükafatlandırıb. Söhbətimizin sonunda ən çox buna sevindiyini, fəxr etdiyini bildirdi ki, Ruzinin timsalında dünyaya yeni gələn övladlarımız qalib ölkənin azad vətəndaşları kimi böyüyəcəklər...

Alovlardan keçənlər

1997-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş Orxan İbrahimov ağlı kəsəndən müharibənin ağrı-acılarının, erməni vəhşiliyinin şahidi olub. Doğma rayonunun böyük hissəsini işğal etmiş mənfur düşmən xüsusilə I Qarabağ müharibəsi zamanı təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini, o cümlədən Qaradağlını mütəmadi atəşə tutur, mülki insanları hədəf alırdılar.

Ailəsində bütün bunlar haqqında danışılanlar isə Orxanda Vətən sevgisini gücləndirir, işğalçılara nifrət hissini alovlandırırdı. Yəqin ona görədir ki, 2016-cı ilin yanvar ayından Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” saylı hissəsində həqiqi hərbi xidmətə başlayan Orxan İbrahimov əsgərliyini bitirdikdən sonra borcunu bitmiş saymayıb, geri dönmək əvəzinə Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinin nəzdində xidmətə davam edib. Müharibə başlayanda isə...

44 günlük Zəfər yürüşünün elə ilk günündən cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərində savaşa atılıb. Cəbrayılda ermənilərin illər boyu möhkəmləndirdikləri və ələ keçirilməsinin mümkünsüzlüyü ilə öyündükləri “Ohanyan səddi”nin yarılması əməliyyatlarında iştirak edən Orxan döyüşlərin birində yaralı yoldaşını xilas etmək istəyərkən özü də ağır yaralanıb. Asan olmasa da, həmin döyüş haqqında xatirələrini bizimlə bölüşdü:

– Bizim tabor “Ohanyan səddi”nə Lələtəpə istiqamətindən hücuma keçmişdi. Bir neçə gün idi şiddətli döyüşlər gedirdi. Bu döyüşlərin birində cəbhə yoldaşım Kamal Məmmədli yaralandı. Mən onu atəş altından çıxarıb geri aparmaq istəyəndə minamyot mərmisi cəmi bir neçə metrliyimizə düşərək partladı və çoxsaylı qəlpə yaraları aldım. Həmin vaxt təlimlərdə bizə öyrətdikləri kimi, özüm-özümə ilkin tibbi yardım göstərdim, atəşin nisbətən sakitləşdiyini gözləyib sürünürərək arxa mövqeyə qayıda bildim. Orada Kamalın yaralı olduğunu bildirdim və döyüş yoldaşlarım onu xilas etdilər.

Məni isə əvvəlcə cəbhə xəttinə yaxın hospitala, sonra isə vəziyyətim ağır olduğuna görə Bakıya gətirdilər. Qələbə xəbərini də elə hospitalda eşitdim. Çox şükür, həkimlərin peşəkarlığı sayəsində həyatda qaldım və bu gün fəxrlə, qürurla Xankəndidə polis əməkdaşı kimi vəzifə borcumu yerinə yetirirəm. Bir qarabağlı kimi özümü xoşbəxt hiss edirəm ki, müqəddəs Vətən torpaqlarının azad olunmasında, az da olsa, payım var.

Orxan “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Sücaətə görə” medalları ilə təltif edilib. Müharibədən özü ilə gəzdirdiyi başqa nişanələr də var – bədənindəki qəlpələr... Ancaq özünün dediyi kimi, azad Xankəndidə yaşamaq, burada işləmək elə böyük bir xoşbəxtlikdir ki, bütün ağrı-acıları, hüznlü xatirələri, hətta yaraları, qəlpələri belə unutdurur. Təki Vətən sağ olsun!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri