Icma.az
close
up
RU
Zəfərimizin və qürurrumuzun tarixi: 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü

Zəfərimizin və qürurrumuzun tarixi: 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqı hər il iyun ayının 26-da özünün ən şərəfli, qürurverici və müqəddəs bayramlarından birini – Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu tarixi gün sadəcə təqvimdəki bir bayram deyil, Azərbaycan ordusunun keçdiyi şanlı döyüş yolunun, xalqın öz ordusuna olan inamının və dövlətin sarsılmaz gücünün rəmzidir. Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin ən etibarlı təminatçısıdır. Azərbaycan ordusunun formalaşma tarixi 1918-ci ilə – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə təsadüf edir. Şərqdə ilk demokratik respublika olan AXC-nin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Elə həmin ilin avqustunda Hərb Nazirliyi təsis olundu, general Səməd bəy Mehmandarov və general-leytenant Əlağa Şıxlinski kimi peşəkar hərbçilər ordu quruculuğuna rəhbərlik etdilər. Lakin Cümhuriyyətin süqutundan sonra yarımçıq qalan bu şanlı tarix, uzun illər sonra xalqın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində yenidən canlandırıldı. Ulu Öndərin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu qərar milli ordu quruculuğu ənənələrinə sadiqliyin və tarixi varisliyin ən bariz nümunəsi oldu. XXI əsrin müasir və qüdrətli ordusu bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü və müasir orduları sırasındadır. Aparılan köklü islahatlar, maddi-texniki bazanın ən son hərbi texnologiyalarla yenilənməsi, Quru Qoşunları, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin mükəmməl hazırlığı ordumuzu Qafqazın ən güclü hərbi qüvvəsinə çevirmişdir. Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılmış təlimləri, komando hərbi hissələrinin yaradılması və yüksək döyüş ruhu ilə istənilən xarici təhdidin qarşısını almağa tam qadirdir.

Azərbaycan Silahlı Qüvvələri özünün qüdrətini və sarsılmazlığını 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatlarına başlayan rəşadətli ordumuz, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdi. XXI əsrin müasir müharibə strategiyasını yazan ordumuz, Şuşa zəfəri başda olmaqla, hər bir kənd və şəhərimizin azad olunmasında misilsiz qəhrəmanlıq göstərdi. 2023-cü ilin sentyabrında keçirilən cəmi 23 saatlıq antiterror əməliyyatı isə ordumuzun peşəkarlığının zirvəsi oldu. Bu əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini ölkənin bütün ərazilərində tam və qəti şəkildə bərpa etdi.
Biz bu günkü sülhü, sabitliyi və ərazi bütövlüyünü canından keçən şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borcluyuq. Azərbaycan dövləti və xalqı hər bir əsgərin, zabitin şücaətini uca tutur, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir. Onların qanı ilə yazılan bu tarix, gələcək nəsillər üçün ən böyük vətənpərvərlik məktəbidir. Ümummilli Lider Heydər Əliyev vurğulayırdı: "Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır". Bu gün tam əminliklə demək olar ki, bu dayaq sarsılmazdır.
26 İyun Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qələbə, güvən və iftixar günüdür.
Bayramınız mübarək, Azərbaycan Əsgəri!

Nurəngiz Bədəlova
YAP Biləsuvar rayon təşkilatı 30 saylı şəhər ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri