Icma.az
close
up
RU
Zəfərin filmləri hələ çəkilməyib ŞƏRH

Zəfərin filmləri hələ çəkilməyib ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Tarixçi: “Bu hekayələr gələcək nəsillərə çatdırılmalıdır”



Xalqımızın ən parlaq və qürurverici səhifələrindən biri 8 noyabr Zəfər Günüdür. Bu tarix təkcə hərbi qələbə deyil, həm də milli birliyin, strateji uzaqgörənliyin və dövlət idarəçiliyinin qələbəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi iradəsini, diplomatik çevikliyini, iqtisadi gücünü və milli-ideoloji dayaqlarını möhkəmləndirərək, Cənubi Qafqazda tamamilə yeni geosiyasi düzənin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etməklə, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bu qələbə təkcə Qarabağ torpaqlarının deyil, bütün regionun gələcək inkişafının, sabitliyin və əməkdaşlığın əsasını təşkil etdi. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Bu, beynəlxalq münasibətlər sistemində münaqişələrin sülh və ədalət əsasında həllinin yeni modeli kimi dəyərləndirilir. Azərbaycan qalib ölkə kimi regionda sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını prioritet istiqamət elan edib. Sülh müqaviləsi, Zəngəzur dəhlizi gündəliyin əsas müzakirə mövzularıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq postmüharibə inkişaf modelinin real təzahürünə çevrilib. Bu, dövlətin müharibədən sonrakı mərhələdə humanist və gələcəyə yönəlik inkişaf modelinə keçidinin bariz nümunəsidir. Azərbaycanın Qələbəsi təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə qazanılmış uğurların nəticəsidir. Prezident İlham Əliyevin balanslaşdırılmış, çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırdı. Vətən müharibəsi dövründə Azərbaycanın informasiya müharibəsindəki üstünlüyü, beynəlxalq təşkilatlarda və aparıcı dövlətlər qarşısında hüquqi və siyasi arqumentlərlə əsaslandırılmış mövqeyi regionda tamamilə yeni reallıq yaratdı. Qələbə təkcə torpaq üzərində deyil, həm də ruh, inam və birlik üzərində qazanıldı. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və xalqın səfərbərliyi bu Zəfərin əsl mənəvi dayağıdır.


Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, kəlmələr möhtəşəm Zəfərin yaratdığı nəticələri, geosiyasi reallıqları, Türk dünyasının birliyinin formalaşmasını, Azərbaycanın yüksəlişini, milli ruhunun, ölkəmizin qlobal və regional proseslərə təsirini dolğun şəkildə ifadə etməyə yetmir. Alim vurğulayıb ki, bu şanlı Zəfərin içərisindəki insan hekayələri, Vətən və millət üçün gözünü qırpmadan şəhadətə yürüyənlər, xalqın və dövlətin əl-ələ verərək səfərbər olması, həmrəylik nümayiş etdirməsi çox müstəsna duyğulardır:

 "Yəqin ki, bunların hamısı haqqında ayrı-ayrılıqda gələcəkdə böyük əsərlər, araşdırmalar, tədqiqatlar ortaya çıxacaq. Çünki bu, çox labüddür. Sənədli filmlər çəkilməlidir. Zəfərimizin hansı şəraitdə, necə əldə edildiyi gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Ali Baş Komandanın müstəsna diplomatik zəkası, liderlik və sərkərdəlik bacarığı, qətiyyəti, xaricdən gələn təzyiqləri dəf etməsi, prosesi sona, Zəfərə qədər uğurla, əzmlə aparması, antiterror əməliyyatının doğru zamanını müəyyənləşdirməsi çox dərin analizlər, araşdırmalar, təhlillər tələb edir. Zəfərimizi qeyd edərkən üzərində durulması zəruri olan məqamlardan biri də Azərbaycan-Türkiyə qardaşlığı, çətin günlərin dostluğunun bir daha sınaqdan keçməsidir. Türkiyənin birmənalı şəkildə Azərbaycanın milli maraqlarını öz məsələsi kimi görməsi, milli-təhlükəsizlik şuralarının iclaslarında Azərbaycanın problemləri ilə bağlı müzakirələrin aparılması, Bakıya qarşı təhdid və təzyiqlərin önünün qardaşcasına alınması çox önəmli məqamlardır. Bütün bu məqamları ayrılıqda müzakirə etməli, təhlillər aparmalı, daim diqqətdə, gündəmdə saxlamalıyıq". 


İsmayıl Qocayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri