Icma.az
close
up
RU
Zəfərin rəngi : Deputatın təşəbbüsü ilə Sumqayıtda tədbir keçirilib FOTOLAR

Zəfərin rəngi : Deputatın təşəbbüsü ilə Sumqayıtda tədbir keçirilib FOTOLAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş “Zəfərin Rəngi” adlı tədbir keçirilib.

Toplantıda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları - Hikmət Babaoğlu, Pərvin Kərimzadə, Rizvan Nəbiyev, Xalq rəssamları, şəhid ailələri, müharibə veteranları və digər tanınmış şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükut elan edilib.  Daha sonra Sumqayıt şəhərindəki Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin xor kollektivinin və ansamblın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrinin, azad edilmiş şəhər və kəndlərin görüntülərinin, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi çərçivəsində Vətən müharibəsi şəhidi İsgəndərov Elvinin oğlu Cəsur İsgəndərovun və şəhdimiz Babaxanov Elmanın qızı Asena Babaxanovanın iştirakı ilə gənc rəssam Emin Aslanovun "44 Zəfər Plakatı" adlı sərginin açılışı olub.

Toplantıda çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, Vətən müharibəsi Azərbaycan tarixinın ən şanlı səhifələrindən biridir:

“30 ilə yaxın müddət ərzində doğma yurdlarımızın işğal günlərini dərin kədərlə xatırlayır, torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşayırdıq. İçimizdəki inamı, el-obamıza geri dönmək istəyimizi heç vaxt itirmirdik. Hər xoş, hər bayram, hər xüsusi günümüzdə Qubadlıda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Şuşada olmaq, o torpaqlarda sevincimizi paylaşmaq arzusuyla yaşayırdıq. 

44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizlə biz tək torpaqlarımızı geri qaytarmadıq, milli ləyaqətimizi bərpa etdikvə tarixi ədaləti bərqərar etdik. Bu fəxarətli hissləri bizə yaşatdığına görə, başda Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev olmaqla, Rəşadətli Azərbaycan Ordusuna, şirin canlarından keçmiş şəhdilərimizə, qazilərimizə və müharibə veteranlarımıza borcluyuq”.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova isə çıxışında Azərbaycan Ordusunun  şücaətindən bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqı öz qəhrəman oğullarının xatirəsini heç vaxt unutmayacaq, onların qanı bahasına qazanılmış bu Zəfər nəsildən-nəslə iftixarla ötürüləcək.

Toplantıda daha sonra Milli Məclisin deputatları – Hikmət Babaoğlu, Pərvin Kərimzadə və Rizvan Nəbiyev çıxış ediblər.

Deputatlar qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü xalqımızın əzmi, birliyi və dövlətimizin qətiyyətli iradəsi nəticəsində əldə edilmiş tarixi qələbənin rəmzidir. Onlar vurğulayıblar ki, bu möhtəşəm Zəfər Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın milli həmrəyliyini və ordumuzun məğrur ruhunu bütün dünyaya nümayiş etdirdi.

Mərasimdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov isə Zəfər Gününü Azərbaycan xalqının qürur və şərəf səhifəsi kimi dəyərləndirib: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni torpaqlarımızdan qovaraq 30 illik həsrətə son qoydu”.

Tədbirin təşkilatçısı deputat Səbinə Salmanova onu da bildirib ki, sərgidə təqdim olunan bütün rəsmlər Sumqayıt şəhər məktəblərinə hədiyyə ediləcək.

Çıxışların ardından tədbir bədii hissə ilə davam etdirilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:472
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri