Icma.az
close
up
RU
Zəhərlənən şəxsin hüquqları necə qorunur? AÇIQLAMA

Zəhərlənən şəxsin hüquqları necə qorunur? AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Yanvarın 21-də saat 13:00 radələrində 5 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.Məlumata görə, qızların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

Bu tip hallar isə istehlakçı hüquqlarının pozulması problemini aktuallaşdırır. Çünki zəhərlənmə hadisələri istehlakçının əsas hüquqlarını pozan ciddi bir problemdir. İstehlakçının sağlamlıq və təhlükəsizlik hüququ, xüsusilə aldığı məhsulun təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır. Belə hallarda istehlakçının hüquqlarını qorumaq və zərərçəkmiş şəxslərin hüquqi müdafiəsini təmin etmək üçün müvafiq tədbirlər görülməlidir.

Bəs bu tədbirlər hansılardır? İstehlakçı bu tip hallarda hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Zübeyir Bağırzadə bildirib ki, ilk növbədə, zəhərlənmə hadisəsinin səbəblərini müəyyən etmək üçün ciddi araşdırma aparılmalıdır. Bu, məhsulun keyfiyyətini, istehsal və saxlama şəraitlərini, həmçinin satıcı və istehsalçının məsuliyyətini araşdıran ekspertizaları tələb edir. Tort və salat kimi qida məhsullarının istehlakçının sağlamlığına zərər verməsi, həmçinin istehsalçının və ya satıcının məsuliyyətini artırır. Hüquqşünasın sözlərinə görə, zəhərlənmə hadisəsi baş verdikdə, istehlakçıların hüquqları pozulmuş olur və onlara dəymiş zərəri ödəmək üçün hüquqi proseslər başladılmalıdır. Əgər məhsul təhlükəsizliyinə və ya uyğunluğuna dair hər hansı bir uyğunsuzluq aşkar edilərsə, istehsalçı və ya satıcı məsuliyyət daşıyır. Bu məsuliyyət yalnız fiziki zərərlərlə məhdudlaşmır, həm də mənəvi və maddi təzminatın ödənməsini əhatə edir.

Zübeyir Bağırzadə onu da bildirib ki, belə hallarda istehlakçılar müstəqil ekspertiza və testlərdən istifadə etməlidirlər:

"Ekspertiza məhsulun zəhərlənməyə səbəb olan maddələri aşkar edə bilər, bu isə məsuliyyətin kimə aid olduğunu müəyyən etmək üçün əhəmiyyətlidir. Zəhərlənmə halları baş verdikdə, istehlakçılar öz hüquqlarını qorumaq üçün təkcə hüquqi mübarizə aparmaqla kifayətlənməməli, həmçinin təhlükəsiz qida istehlakı üzrə maarifləndirmə tədbirlərinə də diqqət yetirilməlidir. İstehlakçılar aldıqları məhsulun tərkibi, istifadə müddəti və saxlama şəraiti barədə tam məlumatlandırılmalıdır. Məhz bu məlumatların çatışmazlığı və ya səhv verilməsi, məhsulun istehlakçının sağlamlığına zərər verməsinə səbəb ola bilər. İstehsalçı və ya satıcı məsuliyyət daşıyarsa, zərərçəkmiş şəxslərə müvafiq təzminat ödənməlidir".

Zübeyir Bağırzadə: Zərərçəkmişlər yalnız maddi təzminatla kifayətlənməməlidirlər

Onun sözlərinə görə, zəhərlənən şəxslər həm fiziki zərər, həm də mənəvi zərər üçün təzminat ala bilərlər:

"Təzminat tibbi müalicə xərcləri, itirilmiş əmək qabiliyyəti və digər dəymiş maddi zərərləri əhatə edir. Zərərçəkmişlər məhsulun təhlükəsizliyi barədə heç bir xəbərdarlıq almadıqlarını və ya məhsulun istifadə üçün uyğun olmadığını iddia edərək hüquqi mübarizə aparmalıdırlar. Belə hallarda hüquqi mübarizə aparan zərərçəkmişlər yalnız maddi təzminatla kifayətlənməməli, həm də mənəvi zərər üçün də təzminat tələb etməlidirlər. Məsələn, zəhərlənmə nəticəsində şəxsin psixoloji vəziyyəti pisləşərsə, bu, onun həyat keyfiyyətinə ciddi təsir göstərə bilər və buna görə də mənəvi təzminat tələb edilə bilər".

Ölkəmizin qanunvericiliyindən söz açan hüquqşünas qeyd edib ki, Azərbaycanda istehlakçıların zəhərlənmə və ya digər təhlükəli məhsulların istifadəsi ilə bağlı hüquqları qorunur, cinayət məsuliyyəti qanunvericilikdə ciddi şəkildə tənzimlənir. İstehlakçıların sağlamlığına və təhlükəsizliyinə zərər vuran şəxs və ya təşkilatlar müvafiq cinayət məsuliyyətinə cəlb edilə bilər:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsi istehlakçıların hüquqlarını pozan və onların sağlamlığına zərər vuran şəxslərə qarşı konkret cinayət cəzaları nəzərdə tutur. Əgər istehlakçı zəhərlənmə və ya digər sağlamlıq problemləri ilə qarşılaşarsa, bu halda məsuliyyət daşıyan şəxslər istehsalçı və ya satıcılar ciddi şəkildə cəzalandırılır. O cümlədən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, Mülki Məcəllə, “Qida təhlükəsizliyi haqqında” qanun bu tip məsələlərdə mühüm rol oynayan hüquqi aktlardır. Azərbaycanda istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericilik zəhərlənmə kimi hallar baş verdikdə istehlakçıların hüquqlarının təmin edilməsi və zərərçəkmişlərin təzminat alması üçün hüquqi təminat yaradır. İstehlakçılar zəhərlənmə və ya digər zərərlər halında hüquqi mübarizəyə başlamaq və öz hüquqlarını qorumaq üçün müvafiq qanunvericilikdən faydalana bilərlər".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri