Icma.az
close
up
RU
ZƏHƏRLİ ZOBUN əməliyyatsız və birdəfəlik müalicəsi MÜMKÜNDÜR

ZƏHƏRLİ ZOBUN əməliyyatsız və birdəfəlik müalicəsi MÜMKÜNDÜR

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qalxanabənzər vəzi, boyunun ön hissəsində nəfəs borumuzun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında, endokrin sistemimizin ən önəmli  vəzilərindən  biridir.

Bu vəzinin az işləməsi hipotireoidizm (el arasında "tənbəl zob" kimi tanınır), çox işləməsi isə toksik ur və ya hipertireoidizm ("zəhərli zob") adlanır.

Hipotireoidizm xəstəliyi yorğunluq, halsızlıq, saç tökülməsi, artıq çəki, soyuğa davamsızlıq, qəbizlik və bədənin müxtəlif nahiyələrində şişkinliklərin (xüsusilə qadınlarada) olması ilə özünü göstərir. Bu əlamətləri olan xəstələr ilk növbədə TSH və T4 sərbəst analizləri verməli və mütləq ultrasəs müayinəsindən keçməlidir. Bu qrup xəstələr adətən əvəzedici dərman (hormon) müalicəsi ilə asanlıqla şəfa tapırlar.

Hipertireoidizm xəstəliyi (zəhərli zob) zamanı xəstələrdə güclü ürək döyüntüləri (taxikardiya), səbəbsiz çəki azalması, əsəbilik, tərləmə, göz almalarının önə doğru çıxması (göz bərəlməsi), istiyə davamsızlıq, ishal və s. kimi əlamətlər müşahidə oluna bilər. Bu xəstələrdə qalxanabənzər vəzi hormonları (sərbəst T3 və T4) olduqca yüksək olurlar.

Zəhərli zob diffuz və ya düyünlü ola bilər. Diffuz olan zəhərli zob Graves xəstəliyi də adlandırılır.

Zəhərli zob xəstəliyi hər yaşda, hər insanda müşahidə edilə bilər, amma daha çox orta yaşlı qadınlarda rast gəlinir.

Graves xəstəliyi autoimmun xəstəlikdir, yəni xəstənin öz immun sisteminin ortaya çıxardığı bir vəziyyətdir. Belə xəstələrdə sonsuzluq problemi də yarana bilir. Lakin xəstənin qalxanabənzər vəzi hormonlarının müalicə ilə normal balansı təmin olunduqda reproduktiv sistemin funksiyaları öz-özlüyündə bərpa oluna bilər.

Zəhərli zobların əsasən 3 növ müalicəsi mövcuddur:

1) Dərman müalicəsi, əsasən qanda toksikliyi (zəhərliliyi) azaltmaq məqsədi ilə müvəqqəti olaraq istifadə olunur. Bəzi araşdırmalarda 15-20% xəstələrdə uzun müddətli effektli olduğu deyilir. Ümumiyyətlə zəhərli zobların dərmanla müalicəsi ABŞ-da və Avropa ölkələrində 2 ildən artıq istifadəsi qadağandır. Çunki, bu dərmanları uzun müddət istifadə etdikdə, qaraciyəri və sümük iliyini ciddi şəkildə sıradan çıxardır və bu orqanların son dərəcə ağır xəstəliklərinə səbəb olur.

Çox böyük təəssüf hissi ilə vurğulamalıyam ki, ölkəmizdə bəzi həkimlər hələ də zəhərli zobların müalicəsində bu dərmanlardan illərlə istifadə edərək insanları “sağaltmağa”  çalışırlar.

2) Zəhərli zob zamanı cərrahi müalicə istifadə olunsa da, son zamanlar öz populyarlığını artıq itirməkdədir. Bu müalicə növünün ağırlaşmalarının və  risklərinin çox olması (boğazda estetik qüsurun olması, xüsusilə gənc xanımlarda, səs sinirinin cərrahi əməliyyat zamanı zədələnməsi, paratireoid vəzilərin zədələnməsi və s.) səbəbi ilə artıq ABŞ-da və Avropa ölkələrində cərrahi əməliyyatlardan mümkün olduğunca imtina olunmuşdur. Yalnız, çox cuzi xəstə qruplarında cərrahi müalicədən istifadə olunur.

3) Radioaktiv yod-131 müalicəsi isə zəhərli zobların müalicəsində ən çox istifadə olunan müalicə metodudur. Artıq 60 ilə yaxındır ki, bu müalicə növü ABŞ-da çox böyük uğurla istifadə olunur. Radioaktiv yod müalicəsi qeyri-invaziv bir üsul olmaqla yanaşı həmçinin praktik (qəbulu asan olmaqla) və olduqca effektlidir.

Belə ki, zəhərli zobu olan və radioaktiv yod müalicəsi alan xəstələrdə ~97% sağalma müşahidə olunmuşdur.

Statistik məlumatlar göstərir ki, ABŞ-da zəhərli zobu olan xəstələrin ~90-95%-nə radioaktiv yod-131 müalicəsi təyin olunmuşdur.

Son illər ölkəmizdə gedən güclü inkişaf səhiyyə sahəsində də, özünün müsbət nəticələrini göstərmişdir. Artıq Respublikamızda 2011-ci ildən etibarən radioaktiv yod-131 müalicəsi ABŞ-da və Avropa ölkələrində olduğu kimi yüksək standartlara uyğun olaraq çox böyük uğurla tətbiq edilir. Xarici ölkələrdə nüvə təbabəti ixtisasına yiyələnmiş həkimlərimiz tərəfindən qalxanabənzər vəzin zəhərli formaları ilə yanaşı, digər xəstəliklərinin də, müasir diaqnostikası və müalicəsi aparılır.

Fuad Əliyev,

Tiroidoloq (zob xəstəlikləri)

Tel.: (050) 319 33 83

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri