Icma.az
close
up
RU
Zəhranı xilas etmək üçün ciddi cəhd göstərilmədi Fərhad Mehdiyev

Zəhranı xilas etmək üçün ciddi cəhd göstərilmədi Fərhad Mehdiyev

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hadisə 16:43-16:44-də baş vermişdi və Zəhranın ürəyi 20:20-yə kimi döyünmüşdü, lakin hadisədən sonra 3 saat 40 dəqiqə ürəyi döyünən Zəhranı xilas etmək mümkün olmadı, ya da ciddi cəhd göstərilmədi".

Milli.Az xəbər verir ki, bu sözləri yol qəzasında həyatını itirən Zəhra Mehdizadənin atası, tanınmış hüquqşünas Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, qızımın qəzaya düşdüyü ərazi Abşeron RMX-dən 300-400 metr aralı olduğu halda, onu hadisə yerindən götürmək üçün bir TTY maşını göndərilməyib:

"Camaat uşağa boyun korseti taxmadan hansısa taksiyə qoyub özləri gətirdilər (xəstəni bu şəkildə daşımaq olmaz). Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac da yox idi, TTY maşını sürət yolunun sağında olan əlavə yola siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi, hadisə yerinə parallel saxlayıb, uşağa boyun korseti taxılmaqla xərəyə köçürülüb sonra da dəmir jaluzilər üzərindən keçirilməklə xəstəxnaya çatdırıla bilərdi. Həmin o yardımcı yolda Sumqayıt istiqamətində də hərəkət dayandırıla bilərdi. TTY işini belə qurmamalıdır".

Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır deyən hüquqşünas əlavə edib ki, TTY maşınları yerində xəstənin vəziyyətini qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, lazımdırsa intubasiya və infuziya tədbirlərini artıq ilkin dəqiqələrdən həyata keçirməlidir.

Nəzərə çatdırıb ki, övladı çox qan itirib və onun paltarlarına baxdıqda nə qədər qan itirdiyini anlamaq mümkündür. Bildirib ki, sol bud sümüyündə açıq qırıq olub. İddia edir ki, buna baxmayaraq ona qan köçürülməyib:

"Mən anlayıram ki Zəhranın aldığı zədələr çoxlu və ağır idi. Amma belə anlayıram ki xəstəxana heyəti bu uşağın əvvəldən yaşamayacağına qərar verib ciddi müdaxilə etmək də istəmədilər. Məsələn sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir".

Söyləyib ki, əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasyon tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan eləməlidirlər ki, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər:

"Çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT aparatının işləmədiyini də qeyd etmişdim. TƏBİB də öz növbəsində Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki dəstəyini, habelə personal üçün təlim dəstəyini artırmalıdır. Bədbəxt hadisələrdə xəstəyə ilkin müdaxilənin düzgün aparılması onun həyatını xilas etmək baxımından olduqca vacibdir. Nəzərə alınmalıdır ki həmin xəstəxana geniş əraziyə xidmət göstərir və oradaki xidmətlərin düzgün qurulması ciddi əhəmmiyyət daşıyır".

Müəllif: Mina Mikayılova (müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 İyun 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri