Icma.az
close
up
RU
Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qızıl, FED-in faiz endirimi edəcəyi gözləntilərini gücləndirən məşğulluq məlumatlarının ardından yeni rekordunu müəyyənləşdirib.

Marja xəbər verir ki, məlumatlardan sonra, qızılın unsiyasının qiyməti 1 faiz də artımla 3 min 586 dollara qalxaraq tarixi zirvəni yeniləyib.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Son üç ildə həm qızıl, həm də gümüş iki dəfədən çox dəyər qazanıb. Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarətdəki problemlər "təhlükəsiz liman" tələbini artırıb. ABŞ Prezidenti Donald Trampın bu il FED-ə yönələn artan tənqidləri isə mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları artırıb. Tramp qısa müddətdə FED-də “çoxluğu ələ keçirəcəyini” və faizləri azaldacağını bəyan etmişdi.

Xəbər verdiyimiz kimi, qlobal bazarların yaxından izlədiyi avqust ayına dair ABŞ-ın qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanıb.

Marja xəbər verir ki, ölkədə avqust ayında məşğulluq bazarından zəif siqnallar gəlib. ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluğu avqustda 22 min artıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi artımın 75 min olacağı istiqamətində idi.

Daha əvvəl 73 min olaraq açıqlanan iyul ayı məşğulluq artımı 79 minə dəyişdirilib. Son iki ay üzrə isə 21 minlik aşağıya doğru korrektə aparılıb.

Məlumatlar avqust ayında ölkədə işsizliyin 4,2 faizdən 4,3 faizə yüksəldiyini göstərib. Bu göstərici ABŞ-da 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

İnflyasiya göstəriciləri baxımından diqqətə alınan orta saatlıq maaş üzrə aylıq artım 0,3 faiz olmaqla gözləntilərə paralel reallaşıb.

Orta saatlıq maaşda eyni dövrdə illik artım 3,7 faiz olub. Bu göstəriciyə dair gözlənti isə 3,8 faiz təşkil etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://marja.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri