Icma.az
close
up
RU
“Zelenski 3 ölkəyə qaça bilər: Siyahıda Türkiyə də var” Türkiyəli professorla MÜSAHİBƏ

“Zelenski 3 ölkəyə qaça bilər: Siyahıda Türkiyə də var” Türkiyəli professorla MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cebheinfo.az” saytının “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Kütahya Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri, professor Hüsamettin İnançdır. 

Onunla Rusiya-Ukrayna müharibəsinin hansı formada bitirilməsi ehtimallarından danışdıq. Həmçinin, professorla Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədən qaçacağı iddiaları barədə söhbət etdik: 

- Hüsamettin bəy, ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə qarşı aqressiyasına səbəbi nədir?

- Hazırda Tramp ilə Zelenski arasında bir problem olduğu açıq şəkildə özünü göstərir. Lakin bunun fərdi problem olduğunu düşünürəm. Çünki 2020-ci ildə ABŞ-də keçirilən prezident seçkiləri ərəfəsində Donald Tramp Zelenskidən Co Baydenin oğlu Hanterin Ukraynada etdiyi korrupsiya əməlləri barədə faktları istəmişdi. Amma Ukrayna Prezidenti Trampın əlini gücləndirmək istəmədi və Baydenə dəstək verdi. Ona görə də Tramp Zelenskiyə qarşı qəzəblidir. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra isə sanki intiqam almağa başlayıb. Bu mənada, Zelenskidən də intiqam almağa çalışır. 

Donald Trampın planlarından biri də Avropanı çökdürməkdir. Nəzərə almaq lazımdır ki, Avropa Ukraynaya ciddi şəkildə silah-sursat və maddi yardım edir. Üstəlik, müdafiə sənayesi baxımından da Kiyev hakimiyyətinə dəstək verildi. Bu addımlar isə NATO-nun əhəmiyyətini azaltmağa başladı. Artıq Avropa ölkələri alyansa etibar etmir və öz ordularını qurmağa çalışırlar. Tramp isə düşünür ki, Zelenski Rusiya ilə müharibəni bitirə biləcəyi halda Avropa ölkələrinin təzyiqi ilə bu savaşı davam etdirir. O, həm də buna görə Zelenskiyə aqressiv davranır. 

- Son zamanlar Zelenskinin Ukraynadan qaça biləcəyinə dair iddialar yayılır. Sizcə, bu iddialar nə dərəcədə həqiqət olacaq?

- Donald Tramp son həmlələri ilə Volodimir Zelenskinin hakimiyyətdən getməsinə çalışır. Hətta o, bir müddət əvvəl Zelenskini “diktator” adlandırdı. Hərçənd ki, Ukrayna Konstitusiyasına görə, müharibə davam edərkən seçki keçirilə bilməz. Ümumi olaraq isə Zelenskinin Ukraynadan qaçması ciddi bir ehtimal kimi görünür. Lakin mən indiyə qədər Ukrayna liderinin yürütdüyü siyasəti və əzmini nəzərə alaraq onun ölkədən qaçmayacağını düşünürəm. 

- Bu ehtimal reallaşarsa, Zelenski nə zaman ölkədən qaça bilər?

- Əgər Zelenksi ölkədən qaçsa, bu, may ayında baş verə bilər. Çünki Rusiya ilə Ukrayna arasında atəşkəs elan olunduqdan sonra Zelenskinin öz ölkəsindəki nüfuzu xeyli aşağı düşəcək. Hansı ki, tərəflər arasında 1-2 həftə ərzində atəşkəsin elan olunacağı proqnozlaşdırılır. Tramp Zelenskidən Ukraynadakı mineralları və təbii sərvətlərinin yarısını istəyir. Zelenski bunu qəbul edərsə, hakimiyyətdə qala bilər. Lakin bu təklifi qəbul etməyib və ABŞ-nin Ukraynadakı varlığına qarşı çıxsa, o zaman Zelenskinin hakimiyyətdən getmə prosesi sürətlənəcək. Bu olacağı təqdirdə, onun may ayında Ukraynadan qaça biləcəyi ehtimalı yüksəkdir. 

- Necə düşünürsünüz, Zelenski hansı ölkəyə qaça bilər?

- Əslində, Zelenskinin qaça biləcəyi ölkələrin başında Türkiyə gəlir. Türkiyə Rusiya-Ukrayna müharibəsinin başından bəri neytral mövqe sərgiləyir. Rəsmi Ankara hər iki tərəflə danışıqlarını davam etdirdi və müharibənin gedişində bir sıra mühüm addımlar atdı. Xüsusilə Zelenskinin hakimiyyət illərində Ukrayna Türkiyə ilə bir çox strateji sahədə işbirliyi qurdu. Ona görə də Zelenskinin ən çox güvəncəyi ölkərdən biri Türkiyə olacaq. Mən bu baxımdan ən böyük ehtimal olaraq Türkiyəni görürəm. 

- Başqa ehtimallar da var?

- Hesab edirəm ki, İngiltərə ikinci ehtimal olaraq ön plana çıxa bilər. Çünki İngiltərə Rusiya-Ukrayna müharibəsində böyük rol oynayır. Üstəlik, İngiltərə-ABŞ münasibətləri də getdikcə pisləşir. Bundan əlavə, Zelenskinin Fransaya qaçma ehtimalı da var. Rəsmi Paris uzun illərdir ki, Avropanın lideri olmağa çalışır. O, Fransanın Avropadakı nüfuzunu artırmaq üçün Zelenskiyə sığınacaq verə bilər. 

- Türkiyə yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələrdə iştirak edə bilər?

- Məncə, Türkiyə bu danışıqlarda iştirak edə bilər. Lakin Rusiya ilə ABŞ arasında bir çox məsələdə ciddi razılıq əldə olunarsa, fərqli aktorların prosesə daxil olmamasına çalışacaqlar. Bu da Türkiyənin əleyhinə ola bilər. Üstəlik, bu prosesin Ankara ilə Moskva arasındakı münasibətlərə təsir etmə ehtimalı var. Yəni Trampla Putin arasında əldə olunacaq razılaşma Türkiyənin əlini zəiflədəcək. 

Lakin tərəflər arasında uzlaşma olmasa, Türkiyə prosesə müdaxilə edəcək ən önəmli aktorların siyahısında başda gələcək. Hətta müharibə başlayanda Türkiyə prosesdə vasitəçilik edirdi. Lakin Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun prosesə müdaxilə etməsi ilə Türkiyənin vasitəçiliyinin qarşısı alındı. O, Zelenskini bu anlaşmadan vaz keçirdi. Əslində, Türkiyə hər zaman sülhün və müzakirənin mərkəzi olmalıdır. Ancaq buna baxmayaraq, ABŞ və Rusiya arasında anlaşma olsa, Türkiyənin prosesə qoşulmasını istəməyəcəklər. 

- Rusiya ilə Ukrayna arasındakı müharibə nə zaman bitə bilər?

- May ayında tərəflər arasındakı müharibə dayana bilər. Lakin buna baxmayaraq, Rusiya ilə Ukrayna arasında uzunmüddətli atəşkəsin əldə oluna biləcəyi də deyilir. Məsələn, Azərbaycanla Ermənistan arasındakı müharibə 2020-ci ildə bitib, amma hələ də sülh müqaviləsi imzalanmayıb. Yəni bənzər prosesi müşahidə edə bilərik. 

Burada xüsusilə müharibənin hansı şərtlər çərçivəsində dayanacağı da olduqca mühüm olacaq. Ukraynanın itkisi çox böyük olacaq, çünki ərazi bütövlüyünün 20 faizini işğal altındadır. Trampın açıqlamalarından belə başa düşülür ki, Ukraynanın itirdiyi torpaqlarını geri almasına icazə verməyəcək. Ona görə yekun sülh müqaviləsinin imzalanma ehtimalı çox aşağıdır. Ukrayna geri addım atmasa, Zelenskini hakimiyyətdən göndərməyə çalışacaqlar. Əks təqdirdə, atəşkəs uzun illər davam edəcək. 

- Sizin də vurğuladığınız kimi,  müharibənin Rusiyanın şərtləri əsasında bitmə və ya dondurulma ehtimalı var. Belə olacağı təqdirdə, rusların işğal etdiyi ərazilər onların nəzarətində qalacaq. Bu, digər ölkələr üçün pis nümunə olmayacaq?

- Doğru deyirsiniz, bu, başqa ölkələri də işğala həvəsləndirə bilər. Tramp son addımları ilə İkinci Dünya müharibəsindən sonra qurulan beynəlxalq təşkilatları, qurumları və hüququ yox sayır. Əgər müharibə Rusiyanın mənfəətinə uyğun bitsə, başqa ölkələr də belə addımlar atmaq istəyəcək. Məsələn, Çin də bundan ruhlanaraq Tayvana hücum edə bilər. 

Həmçinin, Rusiyanın Polşa və ya Şərqi Avropa ölkələrini də işğal etməyə cəhd etməsi mümkündür. Bu, beynəlxalq hüquqa ziddir və güclünün istədiyini edə biləcəyi mənasına gəlir. Hərçənd ki, bütün bunlar ən sonda ABŞ-nin özünə də ciddi problem yarada bilər. Çünki ABŞ-nin də bir gün beynəlxalq hüquqa ehtiyacı olacaq. Əslində, Tramp çox təhlükəli bir “rus ruleti” oynayır. Bunun itirəni isə ABŞ və Qərb dünyası olar. Çünki Rusiyanın cəsarətləndirilməsi başqa ölkələrin də işğalçı addımlar atmasına gətirib çıxaracaq. 

Elmir Mustafa
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri