Zelenski 3 ölkəyə səfər planlaşdırır Bu dəfə şərqi seçib
Icma.az, Olke.az saytına istinadən bildirir.
Zelenski BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər etməyi planlaşdırır.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, BƏƏ-yə səfər humanitar proqram və məhbus mübadiləsi məsələləri ilə bağlıdır.
Ardınca kralla bir sıra məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.
Daha sonra o, həyat yoldaşı ilə birlikdə prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedəcək.
Eyni zamanda, Zelenski “ruslarla görüşməyəcəyini” vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu görüşlərin dəqiq nə vaxt baş tutacağı hələlik məlum deyil. Lakin Tramp əlavə edib ki, bu görüş "çox uzaq gələcəkdə olmayacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Fevral 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















