Zelenski ABŞ də hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqlar aparacaq
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodmir Zelenski ABŞ hökuməti və müdafiə sənayesi şirkətləri ilə əlavə hava hücumundan müdafiə sistemlərinin alınması məqsədilə Vaşinqtona səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski bildirib ki, səfər çərçivəsində ABŞ-nin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirəcək.
“Bu şirkətlər Ukraynanın müdafiə qabiliyyətini gücləndirə biləcək silah istehsalçılarıdır. Görüşlərdə əlavə hava hücumundan müdafiə sistemlərinin alınması məsələsini müzakirə edəcəyik”, – deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, Vaşinqtonda ABŞ-nin enerji şirkətləri ilə də danışıqlar aparılacaq.
“Rusiya enerji infrastrukturumuzu hədəf alır və gündəlik hücumlar həyata keçirir. Məqsədimiz Ukraynanın enerji sektorunu bərpa etməkdir”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri ABŞ-nin Prezidenti Donald Trampla da görüşəcəyini açıqlayıb.
Seyranə Quliyeva
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















