Zelenski ABŞ ilə danışıqların detallarını açıqlayıb: “Fərqli mövqelərimiz var”
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
"Çətin məsələlər var və bu məsələlərin ədalətli həll olunmasını təmin etmək üçün birlikdə çalışmaq vacibdir"
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar zamanı ərazi məsələsi ilə bağlı mövqeyini ABŞ nümayəndələrinə çatdırdığını, lakin məsələ ilə bağlı fikirlərin fərqli olduğunu açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ukrayna Prezidenti bu barədə Berlində Almaniya kansleri Fridrix Merz ilə keçirdiyi mətbuat konfransında deyib.
Ərazilərin müzakirəsi kontekstində Zelenski qeyd edib ki, "çətin məsələlər var və bu məsələlərin ədalətli həll olunmasını təmin etmək üçün birlikdə çalışmaq vacibdir".
“Ərazilərlə bağlı kifayət qədər dialoq olub və açığı, inanıram ki, hələ də fərqli mövqelərimiz var. Amma düşünürəm ki, həmkarlarım mənim şəxsi mövqeyimi eşidiblər və hər kəs Ukraynaya hörmət edən və müharibənin sonunu yaxınlaşdıran bir həll yolu tapmaq üçün məhsuldar işləməyə hazırdır”, - deyə o əlavə edib.
Zelenski həmçinin ərazi məsələsinin “ağrılı” olduğunu və Ukrayna ilə Rusiyanın bu məsələdə mövqelərinin də fərqli olduğunu vurğulayıb.
"İnanıram ki, Amerika tərəfi vasitəçi kimi ən azı müəyyən konsensusa nail olmaq üçün müxtəlif addımlar təklif edəcək. İstərdim ki, ABŞ bu məsələlərdə vasitəçilik etməyə davam etsin", - deyə o qeyd edib.
“Sky News” əvvəllər anonim bir Amerika rəsmisinin Ukrayna ilə Rusiya arasındakı "mübahisəli məsələlərin 90%-nin” Berlində keçirilən Ukrayna-ABŞ danışıqları zamanı həll edildiyini bildirdiyini qeyd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 15 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















