Icma.az
close
up
RU
Zelenski ABŞ ın Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətlərini sadalayıb

Zelenski ABŞ ın Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətlərini sadalayıb

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Vladimir Zelenski Amerika lideri Donald Trampa ABŞ-ın Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarına köməyi nələrdən ibarət ola biləcəyini söyləyib.

Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə keçirdiyi brifinq zamanı o bildirib ki, Vaşinqton müharibə başa çatdıqdan sonra Ukraynada quru kontingentinin olması barədə heç vaxt danışmayıb, lakin heç kim bu məsələni gündəmdən çıxarmayıb.

Ukrayna ABŞ-dan dərin kəşfiyyat, məlumat mübadiləsi, peyk rabitəsi və yeni texnologiyalar məsələlərində ona dəstək verməsini istəyir. Bundan başqa, o qeyd edib ki, ABŞ Ukrayna istehsalına sərmayə qoya və havada mövcud ola bilər: "Mən prezident Trampla səmanı qorumaq mövzusunu şəxsən müzakirə etmişəm. Ona dedim ki, bu, mənim üçün həm də mövcudluqdur. Əgər "Patriot" sistemləri ilə Ukraynanın səmasını tamamilə bağlaya bilsək - bu, mənim üçün ABŞ-ın təhlükəsizlik zəmanəti və çox ciddi köməkdir", - deyə bildirib.

Bundan əlavə Zelenski bildirib ki, cümə günü müttəfiqlərin Baş Qərargahlarının ölkəyə hərbi kontingentinin yerləşdirilməsini nəzərdən keçirən nümayəndə heyətlərinin görüşü olacaq. Bu görüşdə Kiyev öz tərəfdaşlarından daha konkret cavablar alacaq: "Düşünürəm ki, biz müəyyən dəqiqləşdirmələr və təfərrüatlar almağa nail olacağıq. Görüşün Ukrayna tərəfinin hazırladığı təkliflərə əsaslanması vacibdir. Təkcə kontingent, mövcudluq deyil, həm də gələcək qüvvələr müzakirə olunur. Bütün hərbi kontingentin təhlükəsizliyinin bir hissəsi kimi Ukrayna ordusunun gələcəyi necə olacaq, bu, bizim üçün vacib məsələdir", - deyə qeyd edib.

Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə yeni genişləndirilmiş saziş layihəsi üzərində işləyirlər və artıq danışıqların birinci raundunu keçiriblər.

Yada salaq ki, ABŞ saziş layihəsinə Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti daxil etməyib. Prezident Zelenski bildirib ki, sənəd təhlükəsizlik təminatları istiqamətində ilk addım ola bilər, lakin bu, kifayət deyil.

Jurnalistin Rusiyanın Ukraynada atəşkəs razılaşmasını pozacağı təqdirdə nə baş verəcəyi ilə bağlı sualına Donald Tramp Moskvanın Co Bayden və Barak Obamaya hörmət etmədiyini, əksinə ona hörmət etdiyini bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Aprel 2025 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri