Zelenski: ABŞ la yeni sülh planını Kuşner və Vitkoffla müzakirə etdim
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşner və xüsusi nümayəndə Stiv Vitkoffla telefonla sülh planını müzakirə etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabındakı paylaşımında xatırladıb ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Baş Qərargah rəisinin müavini Andriy Qnatov sülh planını müzakirə etmək üçün ABŞ-da olublar.
Vladimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif etdiyi plan üzərində ABŞ tərəfi ilə işləməyə davam edir.
Zelenski Kuşner, Witkoff, Umerov və Qnatov ilə telefon danışığı apardığını bildirib və onların “çox mənalı və konstruktiv görüş” keçdiyini qeyd edib.
Müharibəni bitirmək üçün lazım olan üsulları və Rusiyanın gələcəkdə Ukraynaya qarşı yeni hücumlar təşkil etməsinin qarşısını almaq üçün lazım olan addımları müzakirə etdiklərini qeyd edən Zelenski, “Ukrayna əsl sülhə nail olmaq üçün Amerika tərəfi ilə konstruktiv işləməkdə qərarlıdır” dedi.
Zelenski, ABŞ-dakı danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin onunla ətraflı məlumat paylaşmasını gözlədiyini qeyd edərək, "Hər şeyi telefonla müzakirə edə bilmərik. Ona görə də komandalarla fikir və təkliflər üzərində ətraflı işləmək lazımdır" dedi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















