Zelenski: ABŞ və Avropa görüşləri Ukraynanın Rusiya ilə birbaşa danışıqlarına yol açmalıdır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və Avropa görüşləri Ukraynanın Rusiya ilə birbaşa danışıqlarına yol açmalıdır.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, yaxın günlərdə müşavirlər səviyyəsində görüş planlaşdırılır.
“Rüstem Umerov artıq bütün ABŞ və Avropadan olan müşavirlər ilə əlaqə saxlayıb. Biz belə bir görüş istəyirik. Mən düşünürəm ki, biz bu görüşün nəhayət Ukraynada baş tutması üçün əlimizdən gələni edəcəyik,” – o bildirib.
Zelenskinin sözlərinə görə, bütün sənədlər müşavir tərəfindən hazırlanandan sonra əvvəlcə geniş tərkibdə Avropa dövlətləri ilə Ukrayna arasında liderlər səviyyəsində görüş keçiriləcək.
“Bu görüşdən sonra bütün liderlər səviyyəsində sənədlər razılaşdırılacaq və ABŞ Prezidenti Donald Tramp və Avropa liderlərinin iştirakı ilə görüş üçün hazırlıqlar görüləcək. Biz ciddi niyyətlə çalışırıq ki, sizə dediyim bu görüşlər yanvarda baş tutsun. Bundan sonra düşünürəm ki, hər şey addım-addım gedərsə, müəyyən formada Rusiya ilə görüş də baş tutacaq,” – o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















