Zelenski: ABŞ yalnız vasitəçilik etməməli, həm də Rusiyaya təzyiq göstərməlidir
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Avropa İttifaqı (Aİ) mümkün qədər tez Ukraynaya maliyyə dəstəyi barədə qərar verməlidir"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Aİ Liderləri Zirvəsindən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib.
O, bildirilib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynaya vəsait ayrılmalıdır: "Ən doğru yanaşma budur. Rusiyann vurduğu zərərin bir hissəsi bu yolla qapanmalıdır. Ukraynaya 2026-cı il üçün azı 45-50 milyard avro xarici yardım gərəkdir. Bilirsiniz ki, Eusiya gələn il müharibəni dayandırmayacaq. Ukraynanın isə müharibəni davam etdirmək üçün maliyyə cəhətdən qeyri-kafi vəziyyəti var. Bu vəziyyəti aradan qalıdrmaq üçün Rusiyann Avropada dondurulmuş 300 milyard dollardan çox aktivi var. O bizə verilməldiir"
Zelenski ABŞ-ın liderliyi ilə davam edən sülh danışıqlarına da toxunub: "ABŞ-la danışıqlarımız müsbət istiqamətdə davam edir. Bəlkə də nikbinlik realizmdən daha çox üstünlük təşkil edir. Ancaq ABŞ yalnız vasitəçilik etməməli, həm də Rusiyaya təzyiq göstərməlidir".
Samir Musayev
MİA.AZ
Baxış sayı:47
Bu xəbər 18 Dekabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















