Zelenski açıqladı: Rusiya bu istiqamətlərdə hücuma hazırlaşır
Icma.az, Bakupost saytına istinadən bildirir.
Rusiya üç istiqamətdə hücum əməliyyatlarına hazırlaşır. Bunlar Zaporojye, Pokrovsk və Novopavlovsk istiqamətləridir. Rusların gündəlik itkiləri Ukraynanınkından üç dəfə çoxdur. Onların gündəlik min itkisi var. 500 ölü, 500 yaralı.
Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, artilleriyada üstünlük Rusiya tərəfindədir. Amma Ukraynanın dronları daha çoxdur.
“Dronlar üçün kifayət qədər pul yoxdur, ona görə də hələlik göstərici 1-in 1,4-ə nisbətindədir. Amma biz hesab edirik ki, bu, 1-in 2,5 nisbətində ola bilər. Biz avropalı tərəfdaşlardan maliyyə gözləyirik”, - Zelenski bildirib.
Ukrayna lideri onu da qeyd edib ki, ruslar üç istiqamətdə hücum əməliyyatına hazırlaşırlar. Əsas istiqamətlər Zaporojye, Pokrovsk və Novopavlovskedir”, - deyə Zelenski qeyd edib.

Zelenski: Rusiya bu ərazilərə hücuma hazırlaşır
27 Mart 2025 18:51
Rusiya Belarusdan hücuma hazırlaşır: Amma hara? Zelenski
30 Aprel 2025 08:31
“Rusiya Sumı və Xarkov üzərinə yeni hücuma hazırlaşır” Zelenski
27 Mart 2025 19:01
Zelenski: “Rusiya Belarus üzərindən NATO ya hücuma hazırlaşır” VİDEO
15 Fevral 2025 16:17
Ən ağır döyüşlər bu istiqamətlərdə gedir Zelenski açıqladı
09 Noyabr 2024 08:16

