Icma.az
close
up
RU
Zelenski addım atdı: Rusiya ilə sülh imzalanacaq? KONKRET

Zelenski addım atdı: Rusiya ilə sülh imzalanacaq? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarus istisna olmaqla, dünyanın istənilən nöqtəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. Bu barədə Ukrayna liderinin ofis rəhbəri Andrey Yermak Axios nəşrinə müsahibəsində məlumat verib.

Bəs, yaxın aylarda Rusiya və Ukrayna arasında real sülh razılaşması mümkündürmü?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, yaxın dövrdə iki ölkə arasında sülhün əldə olunması real görünmür:

“Hal-hazırda intensiv danışıqlar getsə də, ABŞ Prezidentinin Zelenski ilə Vaşinqtonda görüşü, ondan əvvəl Putinlə apardığı telefon danışığı müəyyən ümidlər yaratsa da, tərəflərin fərqli mövqeləri sülhün reallaşmasına mane olur.”

Ekspertin sözlərinə görə, əsas problem Rusiyanın tələbləridir:

“Rusiya yalnız işğal etdiyi əraziləri deyil, həm də digər bölgələri tələb edir. Ukrayna isə öz ərazi bütövlüyündən güzəştə getmək niyyətində deyil və mübarizəni sona qədər aparmaqda qərarlıdır.”

Oqtay Qasımov qeyd edib ki, hazırda danışıqlar əsasən Donald Trampın vasitəçiliyi ilə aparılır:

“Zelenski Putinlə istənilən formatda – ikitərəfli, üçtərəfli və ya beynəlxalq səviyyədə görüşməyə hazır olduğunu bildirib. Lakin bu, Rusiya və Belarus ərazisində baş tuta bilməz. Çünki hər iki ölkə Ukraynaya hücum edən tərəflərdir və düşmən siyahısında yer alır.”

Siyasi şərhçi hesab edir ki, yaxın perspektivdə yalnız atəşkəs rejimi barədə danışmaq mümkündür:

“Hazırkı şəraitdə real sülhdən söhbət gedə bilməz. Yalnız atəşkəs mümkündür. Tramp Putinə və Zelenskiyə təklif edib ki, tərəflər atəşkəs elan etsin, bu, atəşkəs anlaşması ola bilər, amma sülh müqaviləsinə tərəflər hələ hazır deyillər.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri