Zelenski: Ağ Ev Putinə gücünü göstərir
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, Ukrayna Prezidenti sosial şəbəkə hesabında Amerika liderindən razılığını dilə gətirib.
V.Zelenski Ağ Ev rəhbərinin Rusiya Prezidenti Vladimir Putinə güc nümayiş etdirdiyini vurğulayıb: “ABŞ prezidentinin aydın mövqeyi və qətiyyəti sülh naminə güc yolu ilə çox şeyin dəyişə biləcəyi bir vaxta təsadüf edir. Mən prezident Trampa insanların həyatını xilas etmək və bu dəhşətli müharibəyə son qoymağa diqqət ayırdığına görə təşəkkür edirəm.
Ukrayna sülhə sadiqdir. Kiyev hər iki ölkəni daha təhlükəsiz, güclü və firavan etmək üçün Vaşinqtonla işləmək istəyir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna mövzusunda razılaşma əldə etmək üçün əvvəl müəyyən etdiyi 50 günlük müddəti 10-12 günə endirəcəyini bəyan edib.
Gununsesi.info
Baxış sayı:53
Bu xəbər 28 İyul 2025 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















