Zelenski Alyaska sammitinə niyə dəvət olunmayıb? Ukrayna Prezidentindən açıqlama
Icma.az, 525.az saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçiriləcək sammitə niyə dəvət olunmadığı sualına cavab verib.
525.az MK.ru portalına istinadən xəbər verir ki, Ukrayna Prezidentinin sözlərinə görə, Alyaskada ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək sammitə dəvət olunmamasına baxmayaraq, gələcəkdə onun iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. O bildirib ki, lakin bu görüşün nə vaxt baş tutacağı hələ məlum deyil.
Zelenski, həmçinin, ümid etdiyini bildirib ki, Alyaskada Ukrayna ilə bağlı Ukraynasız heç bir qərar qəbul olunmayacaq.
Qeyd edək ki, bundan əvvəl D.Tramp bəyan etmişdi ki, Volodimir Zelenski ilə qətiyyən razı deyil və onun ərazi məsələləri ilə bağlı fikirlərindən narahatdır.
İbrahim Cəfərov
Baxış sayı:92
Bu xəbər 13 Avqust 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















