Zelenski andiçmə mərasimindən əvvəl Trampla yaxın münasibət əldə etmək istəyir “El Pais”
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti Zelenskinin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, bu yaxın həftələrdə Kiyevin prioritetidir. Nəşrin yazdığına görə, Zelenski hesab edir ki, Trampın respublikaçı namizəd kimi dedikləri ilə ABŞ prezidenti kimi görəcəkləri arasında fərq olacaq. Qəzet iddia edir ki, Kiyev Trampı Ukraynaya hərbi yardımın kəsilə bilməyəcəyinə inandırmaq üçün diplomatik hücuma başlayıb, çünki ABŞ-ın qlobal liderliyi təhlükə altındadır.
ABŞ seçkilərində rəsmi nəticələr hələ elan edilməyib, lakin Amerika mediasına görə, Tramp artıq 300-ə yaxın seçici səsini qazanıb, ona qələbə üçün 270 səs lazım idi. O, özü artıq özünü ABŞ-ın 47-ci prezidenti elan edib. Hakim Demokrat Partiyasının namizədi Kəmalə Harris məğlubiyyətini etiraf edib və respublikaçını seçilmiş prezident adlandırıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















