Zelenski anons etdi: Rusiyanı vurmaq üçün yeni silahlar alacağıq
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“Ukrayna Rusiyaya qarşı zərbələr endirmək üçün yeni silahlar ala bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski bildirib ki, Ukrayna son aylarda Rusiyanın mülki və enerji obyektlərinə endirdiyi zərbələrə cavab verməyə başlayıb.
“Onlar bizim güclü cavabımızı hiss edirlər. Hazırda Rusiya gündə təxminən 500-600 pilotsuz uçuş aparatdan istifadə edir. Biz isə 100-150 PUA-dan faydalanırıq. Maliyyələşdirməni artırmaqla biz oxşar rəqəmlərə nail ola bilərik”, – Zelenski vurğulayıb.
Zelenski həmçinin əlavə edib ki, Ukrayna indiyədək yalnız öz silahlarından uzaqmənzilli hədəflərə zərbələr endirmək üçün istifadə edib.
“Wall Street Journal”ın məlumatına görə, ABŞ Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.
Əliyar Xəlil
Baxış sayı:103
Bu xəbər 02 Oktyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















