Zelenski Azərbaycandan qaz almaq istəyir
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.
“Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə, polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Fransa ilə birgə Ukraynanın döyüş aviasiyasını, hava hücumundan müdafiəsini və digər müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək tarixi saziş hazırlanıb.
Ukrayna Prezidenti bazar ertəsi İspaniyaya gözlənilən səfərin məhsuldar olacağını da bildirib.
"Səfər cədvəlinə görə, bu, bazar ertəsi olacaq. Səfər mənalı keçəcək, həqiqətən də Ukraynaya özünü müdafiə etməyə və məqsədrinə çatmağa kömək edəcək bir dəstək olacaq”, - deyə Zelenski vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















