Zelenski BƏƏ prezidenti ilə danışıqlar aparıb
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Liderlər Yaxın Şərq və Fars körfəzi bölgəsindəki mövcud vəziyyətin əsas aspektlərini müzakirə etdilər.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb. Bu barədə Ukrayna lideri çərşənbə axşamı, 3 mart tarixində Telegram -da məlumat verib.Onun sözlərinə görə, Yaxın Şərq və Fars körfəzi bölgəsindəki vəziyyətin əsas aspektləri müzakirə olunub.
Zelenski danışıqlardan sonra yazıb: "İranın ehtiyatsız hücumları nəticəsində insan itkisi ilə bağlı ona başsağlığı verdim. Cənab Prezident qeyd edib ki, İran rejimi təkcə hərbi hədəfləri deyil, həm də sözün əsl mənasında hər şeyi - evləri, ticarət mərkəzlərini, hətta məscidləri də vurur. Bu vəziyyətdə necə kömək edə biləcəyimizi və həyatın qorunmasını necə dəstəkləyə biləcəyimizi müzakirə etdik. Komandalarımızın bu üzərində işləyəcəyi barədə razılığa gəldik".
Daha əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukrayna qüvvələrini Britaniya hərbi bazaları üzərində İran dronlarını vurmağa dəvət etdiyini açıqlamışdı . O, bu açıqlamanı Fars körfəzindəki hadisələrlə bağlı video müraciətində vermişdi.
Məlum olduğu kimi, İran Kiprdəki Britaniya hərbi bazalarına raket zərbələri endirib. Paris isə İranın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində BƏƏ-dəki Fransa dəniz bazasına zərər dəydiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Mart 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















