Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Beynəlxalq ictimaiyyət onun üzərində təzyiqi artırmasa Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün real addımlar atmayacaq."
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz "X" hesabında yazıb.
O, qeyd edib ki, Moskva artıq 54 gündür ABŞ-ın tam atəşkəs təklifini görməzdən gəlir.
Zelenski bildirib ki, Kiyev üçün atəşkəs istənilən anda mümkündür, lakin diplomatiyaya real şans vermək üçün bu atəşkəs ən azı 30 gün davam etməlidir:
"Putin tanklarını paradda nümayiş etdirmək istəyə bilər, amma o, müharibəni necə bitirmək barədə düşünməlidir. Üç əsas şey vacibdir: Rusiyaya qarşı sərt sanksiyalar, Ukraynaya dəstəyin davamı və Avropada müdafiə əməkdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsi. Rusiya başa düşməlidir ki, avropalılar özlərini müdafiə edə bilərlər.", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 May 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















