Zelenski: Biz azərbaycanlıların pul qazanmasına imkan yarada bilərikmi?
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan qazının nəqli üçün Ukrayna infrastrukturundan istifadə məsələsini müzakirə edib.
Bu məlumatı Kiyevdə Moldova Prezidenti Maia Sandu ilə birgə mətbuat konfransında Ukrayn prezidenti açıqlayıb.
Zelenskinin sözlərinə görə, müzakirə Davosda baş tutan görüşdə aparılıb:
"Qaz məsələsinə gəlincə, biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin böyük qaz hasilatı, qaz ixracı üçün böyük imkanları var. Avropanın qaza ehtiyacı olsa, infrastrukturumuzdan istifadə edə bilərdik. Amma Rusiya qazı yox".
Zelenski bildirib ki, Ukrayna Azərbaycandan qaz tranzitini sürətlə qura bilər:
"Biz azərbaycanlılara pul qazanmağa imkan yarada bilərikmi? Məmnuniyyətlə. Slovaklara kömək edərikmi? Məmnuniyyətlə. Biz bunu tez edə bilərik. Müqavilə bağlaya bilərik, işi tez qura bilərik".
Qeyd edək ki, Davosda iki prezidentin görüşdüyünə dair məlumat açıqlanıb, lakin detallara toxunulmamışdı.
Baxış sayı:90
Bu xəbər 25 Yanvar 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















