Zelenski: Biz sülh istəyirik, amma Putin müharibə adamıdır
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna sülh istəyir, Rusiya diktatoru Vladimir Putin isə müharibənin davam etməsini istəyir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski şənbə günü Kanadanın Baş naziri Mark Karni ilə Halifaksda görüşündə bildirib.
“Biz sülh istəyirik və o, müharibə adamıdır, amma bu barədə ictimaiyyət qarşısında danışmaqdan qorxur. Eyni zamanda, biz bu addımları görürük”, - deyə Zelenski qeyd edib .
O, Rusiyanın daha bir hücumunun Moskvanın Ukraynanın sülh təşəbbüslərinə birbaşa cavabı olduğunu və Putinin müharibəni bitirmək istəmədiyini nümayiş etdirdiyini vurğuladı.
Zelenski vurğulayıb ki, "Bu hücum yenə də Rusiyanın sülh səylərimizə cavabıdır. Və bu, həqiqətən də Putinin sülh istəmədiyini göstərir".
O, Ukraynanın sülh axtardığını, Rusiya rəhbərliyinin isə müharibəni seçməyə davam etdiyini vurğuladı.
“Biz bu müharibəni istənilən yolla dayandırmalıyıq. Və bizə iki şey lazımdır: Rusiyaya təzyiq və Ukraynaya kifayət qədər güclü dəstək”, - deyə Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 Dekabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















