Zelenski Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 14-də Londonda, Bukinqem Sarayında Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb. Görüş Ukrayna liderinin Böyük Britaniyaya səfəri çərçivəsində baş tutub.
Zelenski bu barədə X sosial şəbəkəsində yazıb.
O, Ukraynaya davamlı dəstəyinə görə III Çarlz və Böyük Britaniyaya təşəkkür edib. O, göstərilən köməyə görə şəxsən minnətdarlığını bildirməyin vacib olduğunu bildirib: “Əlahəzrət Kral III Çarla təşəkkür edirəm. Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə ona şəxsən təşəkkür etmək imkanımın olması mənim üçün vacibdir. Birləşmiş Krallıq tərəfindən göstərilən bütün yardımları yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.
Səfəri zamanı Zelenski həmçinin Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqlar aparıb.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Oktyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















