Icma.az
close
up
RU
Zelenski bu gün Trampla, sabah Avropa liderləri ilə görüşəcək Ukrayna lideri bəyanat yaydı

Zelenski bu gün Trampla, sabah Avropa liderləri ilə görüşəcək Ukrayna lideri bəyanat yaydı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bu gün Vaşinqtonda – Ağ Evdə daha bir tarixi gün yaşanacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski, Donald Tramp və Avropa liderləri Alyaska sammitinin nəticələrini müzakirə edib, vahid mövqe formalaşdırmağa çalışacaqlar.

"AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, Zelenskinin Trampla görüşü bu gün baş tutacaq. Sabah isə onların Avropa İttifaqı liderləri ilə birgə toplantısı planlaşdırılıb.

Səfər öncəsi Zelenski sosial şəbəkə hesabında geniş bəyanatla çıxış edib. O, Ukraynanın sülhə gedən yolda qətiyyətini və müttəfiqlərinin dəstəyinin əhəmiyyətini vurğulayıb.

“Hamımız bu müharibənin tez və etibarlı şəkildə başa çatmasını istəyirik. Və bu dəfə sülh qalıcı olmalıdır. Əvvəllər olduğu kimi yox – Krım və Donbasın bir hissəsi güzəştə gedildiyi, Putinin isə bunu növbəti hücum üçün tramplin kimi istifadə etdiyi kimi yox... 1994-cü ildə bizə təhlükəsizlik zəmanətləri verildi, amma onlar işləmədi. Krım verilməməli idi, elə 2022-ci ildən sonra Kiyev, Odessa, Xarkov da verilmədi. Ukraynalılar öz torpaqları və müstəqillikləri uğrunda mübarizə aparır”, – deyə Zelenski bildirib.

Prezident Ukrayna ordusunun Donetsk və Sumı vilayətlərində uğurlar qazandığını qeyd edib və Amerikanın, eləcə də Trampın dəstəyinə görə xüsusi təşəkkür edib. “Əminəm ki, Ukraynanı qoruyacağıq, təhlükəsizliyi effektiv şəkildə təmin edəcəyik və xalqımız Prezident Trampa, Amerikaya, hər bir tərəfdaşımıza göstərdikləri dəstəyə və qiymətsiz yardıma görə daim minnətdar olacaq. Müharibəni başlayan Rusiya onu bitirməlidir. Ümid edirəm ki, Amerika və Avropa ilə birgə gücümüz Rusiyanı sülhə gəlməyə məcbur edəcək”, – deyə Zelenski əlavə edib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri