Icma.az
close
up
RU
“ZELENSKİ BUNA RAZILAŞIR, AMMA BİR ŞƏRTLƏ...” Ukraynanın təklif etdiyi variantda nələr var?

“ZELENSKİ BUNA RAZILAŞIR, AMMA BİR ŞƏRTLƏ...” Ukraynanın təklif etdiyi variantda nələr var?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna öz qoşunlarını Donbasdan çıxarmağı düşünür, lakin Rusiyanın da eyni şeyi etməsi şərti ilə.

“AzPolitika” xəbər verir ki, bunu Britaniyanın "The Telegraph" qəzeti yazıb.

Nəşrin yazdığı kimi, Prezident Volodimir Zelenski ABŞ-nin Donbasdakı Ukrayna və Rusiya qoşun mövqeləri arasında "azad iqtisadi zona"nın yaradılmasında israr etdiyini təsdiqləyib.

Ukrayna lideri deyib ki, "Onlar(ABŞ-red.) Ukrayna qoşunlarının Donetsk bölgəsini tərk etməsini nəzərdə tuturlar və güman edilən güzəşt Rusiya qoşunlarının da artıq "azad iqtisadi zona" adlandırdıqları bu əraziyə girməməsidir".

Zelenski özünün sözügedən ərazini Rusiyaya vermək səlahiyyətinin olmadığını və ukraynalıların iradəsinə zidd getməyəcəyini vurğulayıb. Eyni zamanda, o, öz danışıqlar qrupuna Amerika təklifləri ilə "konstruktiv işləməyi" tapşırıb. Həmçinin, ötən gün əlavə edib ki, ərazi məsələsi yalnız referendum yolu ilə həll edilə bilər.

Britaniya nəşri yazır ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Donbasla bağlı Ukraynanın güzəştlərində israr edir. Daha əvvəl o və Rusiya nümayəndələri demilitarizasiya zonasını Rusiya ərazisi kimi tanıyan 28 maddəlik plan irəli sürmüşdülər.

Lakin Ukrayna bununla bağlı əks variant təklif edib:

-Qarşılıqlı olaraq qoşunların çıxarılması;

Ərazinin Ukraynanın ixtiyarında saxlanması;

ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı paralel danışıqlar aparılması.

Bu arada Almaniya kansleri Fridrix Merts ərazi güzəştləri məsələsini yalnız Ukrayna xalqının həll edə biləcəyini vurğulayıb: "Ukrayna Prezidentini əhalinin dörd illik əzab və ölümlərdən sonra dəstəkləməyəcəyi bir sülhə məcbur etmək səhv olardı".

Bütün bu proseslərin fonunda Moskva hələlik qoşunların Donbasdan qarşılıqlı şəkildə çıxarılmasına dair heç bir siqnal verməyib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə deyib ki, istənilən təhlükəsizlik zəmanəti yalnız Ukraynanın deyil, Rusiyanın maraqlarını da nəzərə almalıdır.

Mümkün silahsızlaşdırılmış zonanın konturları isə hələ müəyyən edilməyib. Bu, Zelenski ilə Tramp arasında danışıqların mövzusu olacaq. Bu vəziyyətdə Ukraynanı qane etməyən vacib məsələlərdən biri də odur ki, hazırda Donetskdəki Ukraynanın nəzarətində olan ərazilər əsasən strateji əhəmiyyətli şəhərlərdir. Rusiya tərəfindən işğal edilmiş ərazilər isə əsasən dağıdılmış kənd yerləridir.

Qeyd edək ki, hazırda Avropa liderləri şənbə günü NATO rəhbərliyinin iştirakı ilə keçiriləcək Paris danışıqlarında daha böyük rol oynamağa çalışırlar.

Ekspertlər qeyd edirlər ki, Parisdəki NATO danışıqları Amerikanın gələcək strategiyasını və Avropanın sülh prosesindəki rolunu müəyyən etmək üçün açar ola bilər. Lakin Trampın anti-Avropa siyasəti və Ukraynaya qarşı faktiki kapitulyasiya tələbləri vəziyyəti olduqca mürəkbləşdirir və qeyri-müəyyənlik yaradır.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri