Icma.az
close
up
RU
Zelenski bununla Rusiyanın imicinə daha böyük zərbə vurmaq istəyir

Zelenski bununla Rusiyanın imicinə daha böyük zərbə vurmaq istəyir

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada 9 May paradına qatılmağı planlaşdıran xarici ölkə nümayəndələrinin təhlükəsizliyi ilə bağlı risklərin mövcud olması barədə söylədiklərinin iki mənası var. Birincisi, Zelenskinin sözlərinə görə, Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Bu versiya ağlabatan deyil. Kreml Ukraynanı ittiham etmək üçün uzun müddətdir üzərində çalışdığı və qonaqları bir yerə toplamağa arzuladığı paradı niyə bilərəkdən pozsun ki? İkincisi, Ukrayna Moskvada 9 May paradını pozmaq üçün Rusiyanın paytaxtına dronlar vasitəsilə zərbələr endirə bilər. Bu isə mümkündür və Ukrayna ordusu oxşar əməliyyatları bir neçə dəfə həyata keçirib, hətta 2023-cü ilin may ayında Kremlə iki dron zərbəsi endirib və bunun görüntüsünü də yayımlayıb".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin məqsədi aydındır:

"O “xarici qonaqların təhlükəsizliyinə təminat yoxdur” deməklə 9 May paradını pozmaq və Rusiyanın imicinə daha böyük zərbə vurmaq istəyir. Bu, parada qatılmaq istəyən xarici qonaqları seçim qarşısında qoya bilərmi? Çətin, hansı lider ki, parada qatılacağını əvvəlcədən müəyyələşdirib, o Rusiya Prezidenti Vladimir Putinin paradda iştirak dəvətindən imtina etməyəcək. Dəvətdən imtina Zelenskinin xəbərdarlığının nəzərə alınması kimi qiymətləndiriləcək. Misal üçün Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada 7–10 may olacaq. Si Cinpin səfər çərçivəsində həm paradda iştirak edəcək, həm də Putinlə ikitərəfli görüşlərdə strateji tərəfdaşlığın gələcək inkişafı, münasibətlərin dərinləşdirilməsi və beynəlxalq gündəmdəki aktual məsələlər müzakirə edəcək. Səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır. Sənədlər iqtisadi, enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlığın yeni mərhələsini ehtiva edəcək. Bununla Si Cinpin Zelenskinin xəbərdarlığını qulaqardına vurmuş olur.

Kremlin qonaqlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini artıracağı aydındır. Moskva səmasında hava müdafiə sistemləri gücləndirilmiş iş rejimində çalışacaqlar. Bununla təhlükənin tam ortadan qaldırıldığını söyləmək mümkündürmü? Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında bildirib ki, Qələbə günü təxribat olarsa, Kiyevin mayın 10-u görəcəyinə heç kim zəmanət verə bilməz. Mevdevyev bu açıqlamasıyla faktiki Zelenksinin “təhlükəsizliyə təminat yoxdur” açıqlamasını gücləndirmiş olur".

Vasif ƏLİHÜSEYN 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri