Zelenski danışır, onlar diqqətlə dinləyirlər FOTO
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ili ərəfəsində bir sıra liderlər Kiyevə səfər ediblər.
Modern.az xəbər verir ki, Kiyevdə keçirilən zirvə toplantısına Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Avropa Şurasının Prezidenti Antonio Kosta, eləcə də Kanada, Danimarka, İslandiya, Latviya, Litva, Finlandiya, Norveç, İspaniya və İsveçin liderləri qatılıb.
Albaniya, Böyük Britaniya, Xorvatiya, Çexiya, Almaniya, Yaponiya, Moldova, Niderland, Polşa, İsveçrə və Türkiyənin liderləri isə görüşə videobağlantı vasitəsilə qoşulub.
Zirvə iştirakçıları müharibədə həlak olan ukraynalı əsgərlərin xatirəsinə ehtiramlarını bildirib və Kiyevin mərkəzi meydanında ucaldılmış bayraqlardan ibarət memorial önündə sükutla dayanıblar. Sonradan keçirilən görüşlər zamanı hava hücumu siqnalları səslənsə də, raket hücumu qeydə alınmayıb.
Danışıqlardan sonra liderlərin birgə görüntüsü ötən gün mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri olub. Fotoda Zelenski hansısa mövzu barədə danışır, liderlər isə ona diqqətlə qulaq asırlar.
Həmin görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 25 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















