Zelenski Donbas və Krımdan imtina edir? Şok açıqlama
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür.
Axar.az xəbər verir ki, bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bununla razılaşa bilərikmi? Mən əminəm ki, belədir. Bu, bizim üçün o qədər də böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu görürüksə, deməli, bu, birincidir. İkincisi, hərbi yardımdır”, - deyə o vurğulayıb.
Zelenski əlavə edib ki, hətta atəşkəs üçün Kiyevə Ukraynanın nəzarətində olan ərazinin təhlükəsizliyinə zəmanət lazım olacaq:
“Söhbət atəşkəsdən gedirsə, o zaman aydın başa düşməliyik ki, nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik təminatları var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 Yanvar 2025 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















