Zelenski: Dostlarımızın birgə gücü ilə Rusiyanı əsl sülhə vadar edəcəyik
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Biz hamımız eyni dərəcədə istəyirik ki, Rusiya-Ukryana müharibəsi tez bir zamanda və etibarlı şəkildə bitsin.
Ölkə.az xəbər verir ki, bunu Vaşinqtona prezident Donald Trampla görüşə gedən Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.
Dəvətə görə Trampa təşəkkür edən Zelenski müharibənin mümkün qədər tez bir zamanda bitirmək arzusunda olduğunu ifadə edib.
Onun fikrincə, müharibəni bitirmək üçün ilk addımı Rusiya atmalıdır.
"Biz hamımız eyni dərəcədə istəyirik ki, bu müharibəni tez və etibarlı şəkildə bitirək. Uzunmüddətli sülh olmalıdır. Necə ki, illər əvvəl Ukraynanı Krımdan və Donbasdan imtina etməyə məcburiyyətində qoydular, amma Putin bundan sadəcə olaraq yeni hücum üçün plasdarm kimi istifadə etdi. Yaxud Ukraynaya 1994-cü ildə "təhlükəsizlik zəmanəti" veriləndə də bu, işə yaramadı”, - o qeyd edib.
Zelenski əlavə edib ki, Rusiya başladığı bu müharibəyə son qoymalıdır: “Ümid edirəm ki, amerikalı, avropalı dostlarımızın birgə gücü ilə Rusiyanı əsl sülhə vadar edəcəyik".
Mürtəza
Baxış sayı:39
Bu xəbər 18 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















