Zelenski Əbu Dabidəki danışıqlarla bağlı şərhlərinə görə üzr istəməyə məcbur olub
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və ABŞ ilə münaqişələrin həlli üzrə görüşlərin statusunu aşağı salaraq onları “texniki səviyyəli” danışıqlar adlandırdı və daha sonra nümayəndə heyətindən üzr istədi.
Gununsesi.info xəbər verir ki, o, bu açıqlamanı “Politico”ya verdiyi müsahibədə Əbu-Dabidəki danışıqları şərh edərkən verib.
Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri tərəfləri “texniki səviyyədə” üçtərəfli əlaqələrə sövq ediblər. Daha sonra o, bu ifadəyə görə Ukrayna nümayəndə heyətinin üzvlərindən açıq şəkildə üzr istəyib və bunun mübahisəli ola biləcəyini etiraf edib.
Qeyd edək ki, 4-5 fevral tarixlərində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi keçirildi. Birinci mərhələ 23-24 yanvar tarixlərində baş tutdu. Görüşlər mətbuatın iştirakı olmadan, qapalı qapılar arxasında keçirildi.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 14 Fevral 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















