Zelenski ərazi məsələləri və Zaporojye AES lə bağlı Putinlə görüşə hazırdı
Icma.az bildirir, Azertag portalına istinadən.
Kiyev, 27 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələləri və Zaporojye AES ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "Yevropeyske Pravda”ya verdiyi müsahibədə bildirib.
Nazir sülh prosesində ən problemli iki məsələnin qaldığını xatırladıb: ərazi məsələləri və Zaporojye AES üzərində nəzarət.
"Prezident Putinlə görüşməyə və bu məsələləri dəqiq həll etmək üçün onları müzakirə etməyə hazırdır", - deyə Sibiqa vurğulayıb.
Eyni zamanda, nazir hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşə ehtiyac gördüyünü bildirib.
"Paralel yollar yaratmamalıyıq. Xarici İşlər Nazirliyinin nümayəndələri də daxil olmaqla danışıqlar qrupu yaradılıb. Əlavə yolların yaradılması doğru vaxt deyil və lazım deyil", - deyə ukraynalı nazir qeyd edib.
Nazirin sözlərinə görə, danışıqlar qrupu artıq atəşkəs parametrlərini, monitorinqi və atəşkəsin yoxlanılmasını müzakirə ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Yanvar 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















