Zelenski: “Ərazi məsələsi danışıqlarda ən çətin mövzudur” VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə danışıqlarda ərazi məsələsi ən çətin mövzudur”.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın dövlət başçısı Emmanuel Makronla Parisdə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Ərazi məsələsi ən çətindir, pul və bərpa məsələləri — Avropa tərəfdaşları olmadan qəbul etmək çətindir. Və təhlükəsizlik zəmanətləri məsələləri - burada ABŞ və Avropadan konkretlik vacibdir”, — Zelenski deyib.
Onun sözlərinə görə, təkcə ərazi məsələsi altı saat ərzində müzakirə olunub. Ukrayna lideri əlavə edib ki, hazırda Vaşinqtonun Ukrayna üzrə təklif etdiyi sülh planı “artıq daha yaxşı görünür”.
Qeyd edək ki, dekabrın 1-də Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla telefon danışığı aparıb.
Danışıqlarda Böyük Britaniyanın baş naziri Kir Starmer də iştirak edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Dekabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















