Zelenski: “Etibarlı təhlükəsizlik zəmanəti olmadan atəşkəs mümkün deyil”
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna lideri London və Parisin atəşkəslə bağlı təklifindən xəbərdardır
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, etibarlı təhlükəsizlik təminatları olmadan münaqişə zonasında atəşkəs mümkün deyil. AYNA.AZ bu barədə Ukraynanın “Strana.ua” nəşrinə istinadən bildirir.
Zelenskinin sözlərinə görə, “xalqın etibar edəcəyi etibarlı təhlükəsizlik zəmanəti” olmadan atəşi dayandırmaq mümkün deyil.
Nəşrin müəllifləri qeyd ediblər ki, Zelenski London və Parisin enerji obyektlərinə qarşı atəş açılmasına bir ay müddətinə moratorium qoymaq təklifindən xəbərdardır.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer bəyan etmişdi ki, Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtlərini diktə edə bilməz. O qeyd edib ki, əvvəlki atəşkəs razılaşmasının heç bir dəstəyi yoxdur və buna görə də pozulub. Böyük Britaniyanın Baş naziri vurğulayıb ki, yeni saziş bağlanarkən oxşar vəziyyətə yol verilməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 Mart 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















