Icma.az
close
up
RU
Zelenski etiraf etdi: “Çətin dövr çatdı”

Zelenski etiraf etdi: “Çətin dövr çatdı”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ordusu tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaq üçün lazımi resursları yoxdur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. 

“Ordumuzun buna gücü çatmır. Bu doğrudur. Biz həqiqətən də diplomatik həll yolu tapmalıyıq”, - Zelenski “Kyodo News”-a müsahibəsində deyib. O qeyd edib ki, Kiyev Rusiyanın Ukraynaya qarşı yeni təcavüzə başlamasının qarşısını almaq üçün yalnız kifayət qədər güclü olduğunu bildiyi zaman diplomatiyaya keçəcək.

Zelenski, həmçinin bildirib ki, müharibənin “çətin dövrü” gəlib çatıb və tərəfdaşlarının Ukraynaya dəstəyi kafi deyil. O, bir daha NATO ölkələrini Kiyevi bloka üzvlüklə bağlı danışıqlara mümkün qədər tez dəvət etməyə çağırıb.

Bundan əvvəl Ukrayna Prezidenti vurğulamışdı ki, Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatı Avropa İttifaqı və NATO-ya üzvlük olaraq qalır. Lakin eyni zamanda o, ölkənin işğal olunmuş ərazilər olmadan hərbi ittifaqa girəcəyi variantını nəzərdən keçirməkdən imtina edib. 

“Bu, avtomatik etirafdır ki, bütün digər ərazilər nəinki təhlükədədir, həm də bütün digər ərazilər Ukraynaya aid deyil, ona görə də Ukrayna heç vaxt buna razı olmayacaq. Əgər bu, NATO-ya dəvətdirsə, onda yalnız bütün ərazilər olmalıdır”, - Zelenski bildirib.

Eyni zamanda, etiraf edib ki, Kiyevin nəzarətində olan Ukrayna ərazisi “NATO çətiri altına” alınarsa, Rusiya ilə müharibənin “isti mərhələsi” başa çata bilər. Öz növbəsində, Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak noyabr ayında Rusiya ilə danışıqların başlanması üçün başlanğıc nöqtəsi kimi 23 fevral 2022-ci il tarixindən etibarən sərhədlərə qayıtmağı çağırıb.

Rusiya Prezidenti Vladimir Putin bu ilin iyununda ilk dəfə olaraq sülh danışıqlarının başlaması üçün şərtlərini açıqlayıb. Ukrayna Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən qoşunlarını çıxarmalı, onları Krım kimi Rusiya kimi tanımalı, həmçinin NATO-ya üzv olmaqdan imtina etməli və qeyri-nüvə statusu elan etməlidir. Eyni zamanda, Qərb Rusiyaya qarşı bütün sanksiyaları götürməlidir. Daha sonra Kremlə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Putin Ukraynadakı müharibəni tez bir zamanda dayandıracağına söz verən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla danışıqlarda bu şərtlərdə israr edəcək.

Tramp rəsmi olaraq 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Ekspertlər deyirlər ki, Trampın müşavirlərinin hərbi münaqişəyə son qoymaq təklifləri əslində Putinin tələblərini nəzərə alır. Bu şərtlər indiki cəbhə xəttinin dondurulmasını və Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqların dayandırılmasını nəzərdə tutur.

Xəzər
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see256

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see254

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see247

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see242

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see240

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see230

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see227

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see222

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see218

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see215

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see213

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see212

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see198

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see197

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see189

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see188

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see186

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see175

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see163

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri