Icma.az
close
up
RU
Zelenski geri çəkildi Qalmaqallı korrupsiya qanununa yenidən baxılacaq

Zelenski geri çəkildi Qalmaqallı korrupsiya qanununa yenidən baxılacaq

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynada Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAP) Baş prokurora tabe etdirilməsini nəzərdə tutan yeni qanuna qarşı etirazlar çoxalır. 

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Prezident Volodimir Zelenski əhalinin müxtəlif şəhərlərdə keçirdiyi etirazları və Qərb tərəfdaşlarının təzyiqini nəzərə alaraq, geri çəkilməyə qərar verib.

Belə ki, Ukrayna parlamentində NABU-ya və SAP-a müstəqilliyin qaytarılmasını nəzərdə tutan qanun layihəsini qeydə alıblar. Bunu parlamentin komitə rəhbəri Yaroslav Yurçişin bildirib.

" NABU və SAP-a müstəqilliyin qaytarılması haqqında qanunu müxtəlif fraksiyalardan olan 48 deputat imzalayıb. Biz onu qeydə alırıq. Sabah səsvermə keçirilə bilər”, - Yurçişin yazıb.

Ali Radanın digər deputatı Yaroslav Jeleznyak da bu qanun layihəsinin qeydə alınması barədə məlumat verib: “Bunda partnyorların qəti mövqeyi (xüsusən də pulla bağlı) və etirazlar böyük rol oynadı”. Bu təşəbbüs iyulun 22-də Ali Rada tərəfindən qəbul edilmiş və Vladimir Zelenski tərəfindən imzalanmış 12414 saylı Qanuna cavab olmalıdır. Həmin qanun NABU və SAP-ı faktiki olaraq müstəqillikdən məhrum edir, onları Baş Prokurorluğa tabe edirdi. Ukrayna Prezidentinin 12414 saylı qanunu imzalamasından sonra iki gün ardıcıl olaraq Kiyev, Odessa, Lvov və digər şəhərlərdə insanlar küçələrə çıxaraq qanuna veto qoyulmasını, NABU və SAP-ın müstəqillikdən məhrum edilməməsini tələb ediblər. Avropa İttifaqında da qanundan narazılıq ifadə olunub.

Zelenski imzaladığı sənəd ətrafında yaranmış vəziyyəti şərh edərək, Ukrayna Ali Radasına cəmiyyətin reaksiyasına “cavab olacaq” və “korrupsiyaya qarşı mübarizə institutlarının müstəqilliyini gücləndirəcək” qanun layihəsi təqdim ediləcəyini yazıb. O həmçinin, yeni qanunun hazırlanmasında Böyük Britaniyanın yardım göstərəcəyini qeyd edib.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri