Icma.az
close
up
RU
Zelenski gizli sövdələşmə aparıb, Tramp hər şeyin üstünü açdı Detallar məlum olur

Zelenski gizli sövdələşmə aparıb, Tramp hər şeyin üstünü açdı Detallar məlum olur

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, ötən gün Almaniyada keçirilən parlament seçkilərində Xristian Demokrat İttifaqı qalib gəldi. Bunun ardınca Almaniyanın yeni kansleri Fridrix Mertzin Ukraynanın nadir torpaq elementlərinə göz dikdiyi ilə bağlı iddialar yayıldı. Hətta alman ekspertlər kanslerin rəsmi Kiyevlə bu məsələdə müqavilə bağlayacağını bildirirlər.

Trampın avropalı rəqibləri ilə mübarizə forması necə olacaq? Avropa İttifaqı ölkələrinin bu gün də Kiyevə dəstək mesajlarının altında yatan səbəb məhz nadir metal elementləri ilə əlaqəlidirmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Qərb dövlətlərinin Ukraynaya dəstəyi iki səbəblə bağlıdır:

“Birincisi, Rusiya ilə qlobal mübarizə apararaq onu zəiflətmək niyyəti güdülür. ABŞ-da Co Bayden administrasiyası dövründə bunun şahidi olmuşduq. Donald Trampın hazırkı açıqlamaları isə Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Tramp sanki Putinin sözçülüyünü edir. Bu da Ukrayna üçün ciddi problemlərin yaranacağının göstəricisidir.

İkincisi isə Ukraynaya verilən yardımların qarşılığının alınması məsələsi idi. ABŞ və Qərbin bir sıra ölkələri bu yardımı öz təhlükəsizlikləri ilə bağlı etsələr də gələcəkdə bunun Ukrayna tərəfindən geri qaytarılması məsələsini də nəzərdən keçirirdilər. Ukrayna da hərbi və maliyyə yardımlarının əvəzini öz təbii ehtiyatları hesabına ödəməyi düşünürdü. Bu proses qapalı şəkildə aparılırdı.
Donald Tramp isə tam çılpaqlığı ilə məsələni ortaya qoydu”.

Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Avropa İttifaqı Trampın Ukrayna siyasəti ilə bağlı ciddi narahatlıq keçirir:

“Donald Trampın planı baş tutarsa, Ukrayna hərbi cəhətdən Rusiya tərəfindən işğal olunacaq, ABŞ-da rəsmi Kiyevi iqtisadi işğala məruz qoyacaq. Tramp Ukraynaya fantastik miqdarda borc yükləmək istəyir. Ukrayna Prezidenti Volodimir Zelenski də buna etiraz edir. Bu günə qədər ABŞ-ın Ukraynaya etdiyi 98 milyard dolların əvəzinə uydurma “350 milyard yardım edilib” fikrinin ortaya atıb, qarşılığında 500 milyard dollar yeraltı nadir torpaq nümunələrinin ABŞ-a verilməsi məsələsinin gündəmə gətirib. Bu, imperial maraqların və iqtisadi işğalın örnəyi sayıla bilər”.

Oqtay Qasımov vurğulayıb ki, ABŞ bu məsələdə Avropadan öndədir:

“Ötən gün Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfərində gördük ki, Ukraynaya verilən dəstəyin qarşılığında Rusiyanın dondurulmuş aktivlərinə göz dikib. Ukrayna yeraltı sərvətlərinə ABŞ tərəfindən əl qoyulmasına müsbət yanaşdığını bildirdi. Şübhəsiz ki, məsələdə rəsmi Vaşinqton yalnız olmayacaq. Rusiya Ukraynada işğal etdiyi ərazilərdə həmin sərvətlərin əhəmiyyətli hissəsinə malikdir.

Almaniya, Fransa və digər ölkələr də öz gələcək sənayelərinin inkişafında Ukraynada olan yeraltı zənginliklərdən istifadə etmək maraqlarını gizlətmirlər. Hər halda yeni kanslerin hansı siyasəti yürüdəcəyi, Ukraynaya münasibətinin necə olacağı gələcəkdə məlum olacaq. Seçkiyə qədər Ukraynaya ciddi dəstəyin verilməsi bəyan edilsə də, tam dəqiq fikir bildirmək tezdir.
Aİ-nin ABŞ-la rəqabət aparmaq imkanları kifayət qədər məhduddur. Tramp Avropanı ciddi problemlər qarşısında qoyub. Faktiki olaraq Avropaya təhlükəsizlik çətiri verməkdən imtina etdiyini göstərdi”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri