Zelenski gözlənilən qərarı açıqladı: Ordu bu ərazidən çıxarılmayacaq
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) Donbasdan çıxarılması ehtimalını qəti şəkildə rədd edib.
Globalinfo.az xəbər verir ki, o, öz açıqlamasında bildirib: “Biz heç bir halda ərazilərdən imtina edə bilmərik.”
Açıqlama Rusiya Prezidenti Vladimir Putinin əvvəlki bəyanatlarına cavab xarakteri daşıyır. Putin qeyd etmişdi ki, Moskva Kiyevə Ukraynanın cənub-şərqindən qoşunlarını çıxarmağı təklif edib, lakin bu təklif qəbul edilməyib.
Rusiya lideri həmçinin cəbhədə Ukrayna qoşunlarının döyüş hazırlığının kritik həddə çatdığını vurğulayıb.
Zelenski Ukrayna ərazilərinin qorunmasına dair mövqeyini yenidən təsdiqləyərək, Donbasın geri çəkilməsinin mümkün olmadığını açıq şəkildə bəyan edib.
Tahir Turan
Globalinfo.az


